Azərbaycanda gələn il üçün yaşayış minimumunun və ehtiyac meyarının məbləği məlum olub

 

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub. Bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği də məlum olub. Bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur. 

<iframe width="586" height="147" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_2" name="aswift_2" style="border-width: 0px; border-style: initial; margin: 0px; outline: 0px; padding: 0px; vertical-align: baseline; max-width: 100%; left: 0px; position: absolute; top: 0px; width: 586px; height: 147px;"></iframe>

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Oxşar Xəbərlər

Xəbər lenti