"Apreldə neft satışından daxilolma 100 milyon dollardan azdır" - Ekspert açıqladı

"Apreldə neft satışından daxilolma 100 milyon dollardan azdır" - Ekspert açıqladı

 

Bu ilin əvvəlindən may ayının 1-dək Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 milyard 983 milyon dollar təşkil edib.

Hesabat dövrü "Şahdəniz" yatağı üzrə kondensatın satışından 112 milyon, qazın satışından əldə olunan gəlirlər isə 59 milyon dollar təşkil edib.

Rəqəmləri təhlil edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, neftin aşağı qiymətləri Neft Fondunun gəlirlərinə təsiri apreldə artıq özünü göstərib: "Fondun aprel ayı üzrə gəlirləri cəmi 220 milyon dollar təşkil edib. Belə ki, bu ilin ilk 3 ayında xam neft və qa satışından 1,763 mırd. dollar daxil olmuşdu. İndi isə aprel ayının nəticələri nəzərə alnmaqla açıqlanan rəqəmə görə xam neft və qaz satışından Fondun daxil olması 1,983 milyard dollardır".

Ekspertin sözlərinə görə, qiyməti daha uzun müddətli müqavilələrlə tənizmlənən qazdan və "Şahdəniz" yatağı üzrə qaz kondensatından daxilolmaların nəzərə almasaq, sırf xam neftdən daxilolma yəqin ki, 100 mln. dollardan da azdır. 

"Bu isə yanvar-mart ayı üzrə yalnız xam neft satışından əldə olunan orta aylıq daxilolamadan az qala 5 dəfə azdıdr"-deyə R. Ağayev vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti