Neftin qiyməti Bakı üçün “konfortlu”dur

Hazırda neft qiymətlərində cüzi ucuzlaşma var, amma bu, kəskin ucuzlaşma deyil.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, kəskin ucuzlaşmadan neftin bir barrelinin 50 dollardan aşağı düşəcəyi halda danışıla bilər:
“Hazırda qiymətlər tez-tez dəyişir. Əksinə, ilin əvvəli ilə müqayisədə qiymət bahalaşıb. Yəni qiymət koridoru var, bu da hər zaman olan bir məsələdir. Hələ ki, Azərbaycan üçün kifayət qədər konfortlu bir qiymət koridorundadır”.


Oxşar Xəbərlər

Xəbər lenti