Azərbaycanlının 70 kq qızılla saxlanılması –
Anbaan video
İlham Əliyev Sərəncam imzaladı
Baş nazirdən qərar:
Onlara ödəniş ediləcək
Sərhədlər açılır... YA AÇILMIR? -
daha bir AÇIQLAMA
Dollar almaq istəyənlərin
NƏZƏRİNƏ
Əli Əsədov MÜHÜM QƏRAR imzaladı
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? -
İLGİNC İDDİALAR
Prezident onlara yüksək vəzifə verdi -
FOTO
70 kiloqram qızılla saxlanılan hərbi attaşenin -
Kimliyi bilindi
SON DƏQİQƏ!
Zakir Həsənov müşavirə keçirdi, tapşırıqlar verdi
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir-
Bakıya gətirildi
Bakıda COP zolaqları ləğv olunur
Əvvəlki
Sonrakı
İlham Əliyevdən Şuşa ilə bağlı paylaşım -
VİDEO
8-11-2024, 10:40
Gürcüstanda bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv edilib
5-11-2024, 21:00
Hizbullahın yeni lideri ilk müraciətini yaydı
- Mübarizə sözü verdi
30-10-2024, 18:46
"Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir"
- Ərdoğan
25-10-2024, 19:08
Putin Kiyevin Ərdoğanın sülh danışıqları təklifindən imtina etdiyini açıqlayıb
24-10-2024, 21:29
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
MİNLƏRLƏ HEKTAR TAXIL ZƏMİLƏRİ MƏHV OLMAQ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDİR
Şəkili fermerlər Prezidentdən Kənd Təsərrüfati Nazirliyinin ləğv edilməsini xahiş edirlər
Şəki rayonunun Çayqaraqoyunlu, Turan və digər ətraf kəndlərindən çoxsaylı kənd təsərrüfatı məhsulları istehsalçıları (Məhəmməd Qurbanov və digərləri) ölkə Prezidentinə, Baş nazirə, Milli Məclis sədrinə, bir sıra millət vəkillərinə, hüquq-mühafizə və mərkəzi icra hakimiyyəti orqanlarına, partiya və KİV rəhbərlərinə ərizə ilə müraciət edərək, Kənd Təsərrüfatı Nazirliyini şikayət etmişlər. Fermerlər Nazirliyi dövlət başçısının təsdiqlədiyi kənd təsərrüfatı məhsulları istehsalçılarına stimullaşdırıcı subsidiyaların verilməsi qaydasında özbaşına dəyişikliklər etməkdə qınayırlar. Hesab edirlər ki, Nazirlik və onun yerlərdəki qurumlarının bu məsələdə etdikləri manipulyasiyalar korrupsiya məqsədi güdür:
BƏYAN EDİLMİŞ TORPAQLARIN AQROKİMYƏVİ ANALİZİNİN YARIM İL GECİKDİRİLMƏSİ KORRUPSİYA MƏQSƏDİ DAŞIYIR
“Subsidiyaların verilməsi qaydasında görə, istehsalçı fermer kartına yüklənmiş vəsaitlərin 25 faizini nəğd, 75 faizini isə taxılın zərər vericilərinə, xəstəliklərinə qarşı mübarizə tədbirlərinə, məhsuldarlığın artırılması üçün gübrələrin alınmasına sərf etməlidir. Kənd təsərrüfatından bir az məlumatı olanlar bilirlər ki, vaxtında taxılın xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparılmazsa, məhsuldarlığın artırılması üçün mineral maddələrinə tələbatı vaxtında ödənilməzsə, məhsuldarlığa ciddi mənfi təsirləri qaçılmaz edir... İstehsalçılar səpilmiş payızlıq taxılın qaydalarına uyğun məlumatları (yəni, bəyanlarını) keçən 2020-ci ilin axırlarında veriblər. Nazirliyin bu sahədən anlayışı olmayan işçiləri “yuxudan gec ayılaraq” bəyanların monitorinqinə hələ indi başlayıblar. Halbuki, taxıl üçün monitorinqlər indiyə qədər qurtarmalı idi. Onların bu səhlənkar münasibəti taxıl istehsalına ciddi ziyan vurur, istehsalçıları iqtisadi cəhətdən acınacaqlı vəziyyətə salır. Nazirlik nəinki Prezidentin təsdiq etmiş olduğu subsidiya qaydalarına əməl edir, hətta həmin qaydalara özbaşına dəyişikliklər etməyə cürət tapır. Belə ki, qaydalarda nəzərdə tutulan işləri vaxtında görmək əvəzinə, əkinləri yoxlayıb qurtarmamış bildirirlər ki, torpaqlar analiz edilməsə, vəsaitlər verilməyəcək. Yəqin, torpağın aqrokimyəvi analizi barədə onlar kimdənsə eşidiblər, amma həmin işlərin hansı dövrdə aparılmalı olduğunu bilmirlər. Hazırda taxılın elə bir fazasıdır ki, torpaq analizlərinin indiki vaxtda aprılmasının fermerə bir faydası olmaz, əksinə, aldadıcı nəticələrin ortaya çıxması bu işlərə daha da zərbə vura bilər. Bunların yalnız bir məqsədi var: Dolayı yollarla istehsalçıları aldadıb, qorxudub pul qopartmaq”.
SUBSİDİYALAR HAQQINDA FƏRMANA DÜZƏLİŞ ETMƏ HÜQUQUNU PREZİDENT HEÇ KİMƏ VERMƏYİB
Fermerlər qeyd edirlər ki, Nazirliyin hər hansı əmr və təlimatları Prezidentin imzaladığı fərmandan üstün ola bilməz: “Nazirlik tərəfindən istehsalçıya problem yaradılması azmış kimi, Milli Məclisdə subsidiyaların təyinatından kənar istifadə edilməsi hallarında istehsalçıların cərimə edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etmək təklif olunur və müzakirəyə çıxarılır. Gülünc məsələlər ortaya çıxır: 7-8 ay öncə Nazirlik tərəfindən istehsalçıların hesabına qanunla ödənilməli olan vəsaitlər hələ də fermerlərin kartlarına yüklənilmədiyi halda, istehsalçıların üzərinə öhdəliklər qoymağa cəhd göstərilir. Halbuki, ölkənin ərzaq təhlükəsizliyinin təminində böyük önəm daşıyan taxıl istehsalçılarına vəsaitləri vaxtında ödəmədiyinə görə Cinayət Məcəlləsində dəyişikliklər edilərək Nazirliyin üzərinə öhdəlik qoyulmalıdır. Yaxud, Nazirlik ictimaiyyət qarşısına çıxaraq Prezidentin tapşırıqlarına hansı müddətdə əməl ediləcəyinə dair öhdəliklər götürməlidir”. Hər dəfə Kənd Təsərrüfatı Nazirliyində rəhbər kadr dəyişikliyindən sonra yaranan ümidlərinin çox keçmədən boşa çıxdığını qeyd edən fermerlər xatırladırlar ki, əvvəllər subsidiyaların veriməsi mexanizmini istənilən vətəndaş izləyə bilirdi, amma indi ictimai nəzarətə dolayı məhdudiyyətlər qoyulub: “Çirkab içində olan, bütün işləri gizli aparan Nazirlik düzlükdən, şəffalıqdan dəm vurur. Bütün maliyyə məsələləri, subsidiya və digər yardımlar ictimaiyyətdən gizlədilir. Fermerlərə satılan texnika, gübrə və digər mal-materiallar yerindəki alış qiymətləri ilə deyil, əldən-ələ keçmiş son yüksək qiymətlərlə satılır. Məcburiyyətdən bu yükün altına girən fermerin ödəniş problemi yarandığı üçün müflisləşir. Nazirlik tərəfindən əvvəllər istənilən rayoun istənilən kəndinin əkin məlumatları internetə yüklənir, yalnış məlumatlar ictimaiyyət tərəfindən anında aşkarlanırdı...” Şikayətçilər haqlı suallar ortaya qoyurlar: “ - Nazirliyin işçilərinin təkidlə tələb etdikləri torpaq analizlərinin taxılın boruya çıxma fazasında götürülməsinin nə mənası var?; - Əgər istehsalçı tərəfindən Nazirliyin köməyi olmadan səpin vaxtı və ondan sonrakı dövrlərdə sahələrə mineral gübrələr verilibsə, biçinə az qalmış nümunələrin götürülməsinin elmi izahını verə bilərlərmi?; - Taxılın indiki fazasında lazımi ehtiyaclar peşəkar istehsalçı tərəfindən ödənilmişsə, biçinə az qalmış analiz götürülməsinin nəticələri aldadıcı olmazmı?; - Subsidiyaların verilməsi qaydasında “hansı hallarda imtina edilməlidir” bəndində torpaq analizindən bəhs olunubmu?; - Nazirliyin günahı ucbatından vaxtsız olaraq torpaq analizi tələbinin qoyulması, onsuz da pandemiya və başqa səbəblərdən ağır durumda olan istehsalçıya qanunsuz olaraq subsidiyaların verilməməsi istehsalçının maddi durumunu daha da İ ağırlaşdırmırmı?; - İstehsalçı tərəfindən bəyan olunmuş əkinləri yoxlamaq üçün Nazirliyin 5-6 ay vaxt olub, indiyə qədər monitorinq aparmamalarını nə ilə izah edə bilərlər?..”
ÇƏYİRTGƏ İLƏ BAL ARISINI DƏYİŞİK SALAN “MÜTƏXƏSSİSLƏR”
Fermerlər həmçinin hal-hazırda taxıl zəmilərində müşahidə olunan pas xəstəlikləri ilə sirayətlənmənin minlərlə hektar taxıl zəmilərini məhv edə biləcəyindən narahatlıqlarını ifadə ediblər: “Subsidiyaların fermer kartlarına yüklənilməməsi səbəbindən istehsalçının bitki xəstəliyinə qarşı mübarizə apara bilməməsi taxıl zəmilərinin məhvinə gətirib çıxararsa, Nazirliyin məsuliyyət daşıdığını bilirlərmi? Bilirlərmi ki, onların iş bilməmələrinin əziyyətini ölkəni çörəklə təmin edən istehsalçılar çəkir? Nazirliyin çəyirtgə ilə bal arısını dəyişik salan “mütəxəssisləri” eşitdiklərini əzbərləməklə, yadda saxlamaqla sanki bu sahəni bilirlərmiş kimi görüntü yaratmaqda peşəkardırlar. Əgər ən yaxın zamanda istehsalçıların bu işlər üçün qanunla almalı olduqları vəsaitlər verilməzsə, gec də olsa mübarizə tdbirləri aparılmazsa, geniş taxıl zəmiləri məhv ola bilər?” Şikayətçilər həmçinin işğaldan azad olunmuş torpaqlarda “Abad kənd” layihəsinin də belə məmurlara tapşırılacağı təqdirdə uğurlu alınmayacağından ehtiyatlandıqlarını bildiriblər və buna misal olaraq AKİA rəhbərinin bu yaxınlarda televiziyada başqalarının səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilən və sonradan onun özü tərəfindən korrektə edilən uğursuz çıxışını xatırladıblar.
“SÖZÜN BİTDİYİ YERDƏYİK”
Zəhmətkeşlər ölkənin ərzaq təhlükəsizliyinə zərbə vuran belələrinin illər ötdükdən sonra deyil, vaxtında cəzalandırılmasının cəmiyyət tərəfindən müsbət qarşılanacağını düşünürlər: “Bəzi məmurlar tərəfindən edilən müraciətlərə baxmaq əvəzinə, gah məktubların onlara çatmadığını, gah da ictimaiyyətə sanki qurumlarda olan “5-ci kalon” adında kimlərinsə mane olduğu fikirlərini sızdırırlır. Başa düşmürük, birdəfəlik məktublara əngəl yaradan səbəbləri, yaxud bəhanələri aradan qaldırmaq olmazmı? “5-ci kalon” deyiləndə bizlər kimlərin nəzərdə tutulduğunu bilmirik deyilənlərə də artıq inanmaq istəmirik. Onlar (nəzərdə tutulan kimlərsə) Prezident Aparatından tutmuş bütün aidiyyəti qurum rəhbərlərinin hamsına təsir göstərirlər ki, edilən müraciətlərə diqqət yetirilməsin? Müraciətlərimizdə çox ciddi məsələlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dövlətin ərzaq təhlükəsizliyinə yaratmış olduğu təhlükələrdən, cənab Prezidentin imzaladığı sənədlərə düzəliş etmə cəhdlərindən bəhs etməyimizə baxmayaraq, heç bir reaksiya verilməmişdir. Aidiyyəti bütün rəhbər şəxslərin yanaşmalarından bu qənaətə gəlmək olar ki, sözün bitdiyi yerdəyik. Müraciətimizdə aidiyyati rəhbər şəxslərə bir yolumuz qaldığını xatırladaraq, Nazirliyin bizlərə yaratdığı qanunsuz problemlərə göz yumduğunuz üçün YAP sıralarından istefa vermək istədiyimizi bildiririk. Gec, ya tez bir məmur yaxınının zəhmətkeşlərə yaratdığı problemlərin fərqinə varacaqsınız. Son illərdə bir çox iyrəncliklərin şahidi olmuşuq. Birilərinin qanunsuzluqları ilə bağlı müraciət etməkdən yorulursan, reaksiya verən olmur, di gəl, biriləri haqqında tədbir görülən andan həmin adamlara qarşı münasibətlər kəskin dəyişir”. Müraciətin acı da olsa, gülüş doğuran bir məqamı da diqqəti çəkir: Fermerlər yazırlar ki, KTN-nin işçiləri onlara bunca böyük ziyanla ötüşə biləcək pul tələsu qurmaqdansa, dəmir qutu qoyaraq nəzir toplasaydılar, ürəyi təmiz sadə əməksevər insanlar könüllü olaraq onların istədikləri vəsaitləri ianə edərdilər. Kənd Təsərrüfatı nazirinə ünvanlanan bu tövsiyə adamın yadına Seyfəddin Dağlının “Ölüm ayağında gülüş” hekayəsini salır.
MİNLƏRLƏ HEKTAR TAXIL ZƏMİLƏRI MƏHV OLMAQ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDIR
Ölkə başçısına xitabən yazılmış müraciət belə yekunlaşır: “Möhtərəm cənab Prezident! Regionlarda Sizin rəhbərliyinizlə keçirilən iclasların nəticələrindən məmurlar özləri üçün bir dərs çıxarmalıdırlar. Sabirabad rayonunda keçirilən müşavirədə məhsuldarlığa mənfi təsir göstərən 5 (beş) əsas səbəblərə toxunaraq aidiyyatı qurumlara iradlar bildirdiniz. Həmin tədbir televiziya ilə işıqlandırılırdı. Səsləndirilən səbəblər hamısı Kənd Təsərrüfatı Nazirliyinin funksiyalarına aid məsələlər idi. O vaxt nazir işləyən H.Əsədov sadalanan nöqsanları bunlara aidiyyəti olmamış görüntüsü yaratmağa çalışaraq yan-yörəsinə baxıb həmişə olduğu kimi günahkar axtarmağa çalışırdı. Həmin limit qurtardığı üçün nöqsanları kimlərinsə üzərinə atmaq cəhdləri baş tutmadı. Digər tədbir Qax şəhərində keçirilmişdir. Həmin tədbirdə Qax rayonu ilə Şəki rayonunun məhsuldarlığını müqayisə edərək iradlarınızı bildirdiniz. Biz istehsalçılar hesab edirik ki, toxunulnuş nöqsanlar şikayətimizdə göstərdiyimiz Kənd Təsərrüfatı Nazirliyinin əsassız yaratmış olduğu problemlərdən qaynaqlanır. Biz istehsalçıları bir sual ciddi düşündürür və inanırıq ki, ölkədə bu suallar çoxlarını düşündürür: Büdcəyə daxil olmaların azaldığı bir vaxtdda istehsalçılara ancaq problem yaradan və büdcəyə mənasız yükə çevrilən bu quruma ehtiyac varmı? Yaxşı olmazmı ki, ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsiri olan kənd təsərrüfatının inkişafı məsələləriylə də Nazirlər Kabineti özü, yaxud da İqtisadiyyat Nazirliyi məşğul olsun? Bir neçə illərdir ki, yaradılan problemlərlə bağlı çoxsaylı müraciətlər edirik. Lakin bir faydası olmur. Ona görə faydası olmur ki, müraciət etdiyimiz məmurlar və onların işçiləri bizlərin müraciətlərindən öz məqsədləri üçün istifadə edirlər. Bizim müraciətlər həmin şəxslərə Nazirliyi təsir altına salmaqda yardımçı olur. Elə buna görədə istehsalçıların problemləri həll olunmamış qalır və Sizin kənd təsərrüfatının inkişafı ilə bağlı vermiş olduğunuz tapşırıqlar arxa plana keçir.
Möhtərəm cənab Prezident!
Minlərlə hektar taxıl zəmiləri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Odur ki, Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı bu problemlərin aradan qaldırılmasında bizə köməklik göstərməyinizi, subsidiyaların tezliklə verilməsi məsələsinin həllinə yardımçı olmağınızı Sizdən xahiş edirik”.
Oxşar Xəbərlər
Nazirlər Kabinetindən Abşeronda tikilən 20 min evlə bağlı qərar -
Azərbaycanda ləğv olunan orta ixtisas təhsil müəssisələr - Siyahı
NK-nın subsidiyaların verilməsinin təkmilləşdirilməsinə dair qərarının İZAHI
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinə qarşı cinayət içi açılıb
Xəbər lenti
Azərbaycanlının 70 kq qızılla saxlanılması –
Anbaan video
İlham Əliyev Sərəncam imzaladı
Baş nazirdən qərar:
Onlara ödəniş ediləcək
Sərhədlər açılır... YA AÇILMIR? -
daha bir AÇIQLAMA
80 qəpiyə satılan bu məhsul möcüzə yaradırmış -
FOTOLAR
Dollar almaq istəyənlərin
NƏZƏRİNƏ
Əli Əsədov MÜHÜM QƏRAR imzaladı
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? -
İLGİNC İDDİALAR
Prezident onlara yüksək vəzifə verdi -
FOTO
70 kiloqram qızılla saxlanılan hərbi attaşenin -
Kimliyi bilindi
Azərbaycanda güclü zəlzələ oldu
SON DƏQİQƏ!
Zakir Həsənov müşavirə keçirdi, tapşırıqlar verdi
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir-
Bakıya gətirildi
Bakıda COP zolaqları ləğv olunur
Məsciddə dəhşət yaşandı -
namaz qılan 12 dindarı öldürdülər
"Balina" Bakıdan belə aparıldı -
VİDEO
Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır
Müştərinin kərə yağı adı ilə aldığı məhsul "maşın yağı" çıxdı -
AQTA-dan açıqlama
"Saakaşvili Gürcüstanda çevrilişə çağırır"
Paşinyan "Qərbi Azərbaycan" terminindən danışıb
Bu tarixədək 300 milyon insan öləcək -
Alimlər
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” –
Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Həbsdə olan Saakaşvili müxalifətə göstəriş verdi
Bu qanunlarda dəyişiklik edildi -
FƏRMAN
Sabah ölkədə iş günüdür?
Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək
Gürcüstanda Prezident ilə parlament arasında nifaq -
qərar verildi
"III Dünya müharibəsinin astanasındayıq"
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Baş nazir bu qaydaya dəyişiklik etdi
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR -
Sirləri açdı!
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi -
Uduzdu
“NAZİR İSLAHATLARIN NƏTİCƏSİNDƏN DANIŞIR, ANCAQ...”
- Sabiq deputat sensasiyalı faktları açıqladı
Nazir oğlu: "400 minlik yeyintidən xəbərim olmayıb"
Niyam Rəmişin xanımını işdən çıxardıb?
Azərbaycanda boşananlara BƏD XƏBƏR:
246 manat...
Şəhidin atası vəfat etdi -
FOTO
Gündə 6 dənəsini yemək bədəni dəmir və kalsiumla doldurur
Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq -
RƏSMİ
Prezident iki dövlət qurumunu ləğv etdi –
SƏRƏNCAM
İmişlidə təbiətə qənim kəsilən generalın əmisi oğludur?
Qırmızı kitab"a düşən ağacları kim qırdırır?
Kartof ixracımız 23 min tona yaxın azalıb
PRİZMA
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
MÜSAHİBƏ
1
2
3
4
5
6
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏCİLİ! Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü -
Rəsmi xəbər
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
TƏHLİL
Qarabağın qədim mədəniyyət mərkəzindən Qafqazın Xirosimasınadək
SOSİAL
1
2
3
4
5
6
80 qəpiyə satılan bu məhsul möcüzə yaradırmış -
FOTOLAR
"Balina" Bakıdan belə aparıldı -
VİDEO
Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır
Bu tarixədək 300 milyon insan öləcək -
Alimlər
Sabah ölkədə iş günüdür?
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq