Avropa Komissiyası ilə Qarabağın bərpası müzakirə edilib - FOTO

“Ölkəmiz Avropa İttifaqı (European Commission) ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir”.
Sozcu.info-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
“Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşümüzdə həmkarım energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti