“KamAZ” şirkəti ilə Gəncə Avtomobil Zavodu arasında müqavilə imzalanıb - FOTO

Rusiyanın “KamAZ” şirkətinin baş direktoru Sergey Koqogin və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev arasında müqavilə imzalanıb.
Sozcu.info-ın məlumatına görə, ortaq lizinq şirkətinin yaradılmasına dair müqavilə Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü əsnasında imzalanıb.
Yeni lizinq şirkəti “KamAZ” markalı avtomobillərin və onların qoşqularının Azərbaycanda satışı ilə məşğul olacaq.
İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitriy Volvaç da iştirak ediblər.












Oxşar Xəbərlər

Xəbər lenti