Ermənistan saytı: Ölkəmiz siyasi və iqtisadi baxımdan təcrid olunur

Ermənistan saytı: Ölkəmiz siyasi və iqtisadi baxımdan təcrid olunur

 

"Fevralın 8-də Rusiya taxta-şalban materialları yüklənmiş, 6 vaqondan ibarət test qatarı Azərbaycan və İran dəmir yollarını birləşdirən Astara-Astara dəmir yolu ilə Rusiyadan İrana yola düşdü. Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu mart ayında hər iki ölkə rəsmilərinin iştirakı ilə rəsmi mərasimlə açılaraq tam istismara veriləcək. Beləliklə, bölgədə Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni perspektiv əməkdaşlıq platforması formalaşır. Azərbaycana mərkəzi rol ayrılmış bu layihə Ermənistanın siyasi-iqtisadi təcridini daha aydın ortaya qoyur”.

 

APA-nın xəbərinə görə, bu barədə "ru.1in.am” saytının analitik yazısında bildirilir.

 

Yazıda qeyd olunur ki, Bakıda rəsmi dairələr Şimal-Cənub layihəsinin onlar üçün təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan cəlbedici olduğunu gizlətmirlər, çünki bu layihə sayəsində Ermənistan regional əməkdaşlıqdan kənarda qalır:

 

"Diqqətəlayiqdir ki, bu cür qlobal proqramlar Rusiya və Avropa bazarlarına çıxış üçün alternativlər – Azərbaycan ərazisi vasitəsilə - tapan İran üçün Ermənistanın önəmini tədricən aradan qaldırır. Halbuki son illər Tehranda dəfələrlə işarə ediblər ki, qlobal kommunikasiya layihələrində Ermənistanı etibarlı tərəfdaş sayırlar. Lakin bizim hakimiyyətin reaksiyası, yumşaq desək, qeyri-adekvatdır, Tehranda isə Yerevanın Rusiyanın qadağalarını nə zaman aşacağını sonsuza qədər gözləyə bilməzlər. Ermənistanın Rusiyanın əlaltısı olmaq kimi alçaldıcı statusu möhkəmlənir, nəticədə ölkəmiz müstəqil subyekt olmaqdan çıxaraq bütün regional inteqrasiya layihələrindən xaric olur. Digər tərəfdən, Ermənistanın bu pat və dalan vəziyyəti onun Qarabağ siyasətinin tutarsızlığını da aşkara çıxarır. Status-kvonun qorunmasına yönəlmiş bu siyasət rasional deyil, çünki status-kvo təkcə ön xətdəki, hərbi müstəvidəki balans deyil, həm də Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin, demoqrafik statistikanın müqayisəsidir. Qarabağ münaqişəsinin mövcudluğu və sərhədlərin bağlı olması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğaraq onu inkişafdan məhrum edir. Bu kontekstdə Azərbaycan bütün regional layihələrin aktoruna çevrilir, bu isə qaçılmaq olaraq hər iki ölkənin qeyri-bərabər inkişafına gətirib çıxaracaq – təbii ki, Ermənistanın ziyanına. Milyardlarla dollar gəlirə malik Azərbaycan boşalan Ermənistan üçün təhlükə olacaq. Bu aksiomatik faktın qəbul olunmaması bizim dövlət və siyasi sistemimizin qeyri-adekvatlığını və irrasionallığını göstərir. Ermənistan hakimiyyətinin effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, münaqişənin rasional kompromislər əsasında tezliklə həlli olmalıdır. Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən maksimum fayda götürmək üçün situasiyanı ayıq qiymətləndirmək lazımdır”.      



Oxşar Xəbərlər

Xəbər lenti