Avropa İttifaqı rəsmisi:" Dağlıq Qarabağdan hər hansı mal idxal olunmur"

Avropa İttifaqı rəsmisi:"

 

"Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təşəbbüskarıdır. Ölkəmizin qonşu dövlətlərlə münasibətləri normaldır. Azərbaycan, Gürcüstan və Türkiyə ilə birgə əməkdaşlıq edir, bu dövlətlərlə bir sıra layihələrə imza atıb”.

Bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq layihələrin icrasında maraqlıdır: "Biz əməkdaşlıq deyəndə, yalnız region dövlətlərini nəzərdə tutmuruq, digər dünya dövlətləri ilə də əməkdaşlığa təşəbbüs göstəririk”.

Avropa İttifaqının Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maragos isə çıxışında deyib ki, Avropa İttifaqı Dağlıq Qarabağla əməkdaşlıq etmir: "Münaqişə zonalarından, o cümlədən Dağlıq Qarabağdan hər hansı mal idxal olunmur”. 




Oxşar Xəbərlər

Xəbər lenti