Bu gün, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
Yeni il gecəsində Reina gece klubunda 39 nəfəri öldürən Abdulqadir Maşrapov istintaqa ilk ifadəsində əmri kimdən aldığını açıqlayıb. Maşrapov əvvəlcə Əfqanıstanda Əl-Qaidə düşərgələrində silahlı təlimlər keçib, sonra isə Suriyanın Raqqa şəhərində İŞİD terror təşkilatına qatılb. Orada isə onu Türkiyədə terror, qətlam törətmək üzrə yönləndirilib.
Abdulqadir Maşrapov Reinada qətlam törətmək əmrini İŞİD də kod adı "Hoca aka” adlı şəxs İŞİD-in Türkiyə əmiridir və əsl adı İlyasdır. Onlar internetdəki mesajlaşma proqramlarından biri vasitəsi ilə daim əlaqədə olub. O ifadəsində bildirib ki, ”2016-cı ilin yanvar ayında İrandan keçib Türkiyəyə gəldim. Konyada kirayə evdə yerləşdim. Orada olduğum müddətdə Suriyanın Raqqa şəhəri ilə mütamadi telefon əlaqələri saxlayırdım. Bütün təlimatları Rakka şəhərindən alırdım. Yeni il geçəsi İstanbulun Taksim meydanında telefonla çəkilişlər aparıb görüntünü göndərdim. Hər tərəfdə ciddi təhlükəsizlik tədbirləri görülmüşdür. Bütün bunlardan sonra hərəkət etməkdən imtina etdim. Telefon vasitəsilə Raqqada kod adı Müəllim Aka olan İŞİD əmrlərindən biri ilə əlaqə saxladım. O mənə həmin bölgədə yeni bir hədəfi tapmağı söylədi. Taksimdən taksiyə əyləşib sahilə gəldim.Reina mənim uçün uyğun görünürdü. Çünki təhlükəsizlik tədbirləri zəif idi. Klubun qarşısında iki nəfər təhlükəsizlik işçisi gözə dəyirdi.Təkrar Raqqa ilə əlaqə yaratdım və Reinanın hərəkət üçün uyğun oldugunu söylədim. O da bu qətlamı qəbul edincə oradan qaldığım evə döndüm. Silahı götürüb Reinaya gəldim və qətlamı reallaşdırdım.”
Sozcu.info