ABŞ-da “Pfizer”in 3-cü dozası vurulacaq

“Pfizer-BioNTech” tərəfindən hazırlanan COVID-19 peyvəndinin üçüncü dozası ABŞ-da təsdiqlənib.
Sozcu.info  “Euronews”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) qərar çıxarıb.
65 yaşdan yuxarı, xroniki xəstəlikləri olan və riskli işlərdə çalışan insanlar üçün “Pfizer-BioNTech” peyvəndinin üçüncü doza vurulucaq.
Peyvəndin üçüncü dozası ikinci dozadan 6 ay sonra tətbiq edilməsi tövsiyə olunub.
Keçən ay ABŞ Prezidenti Co Bayden bildirib ki, FDA və CDC tərəfindən təsdiqlənərsə, 16 yaşdan yuxarı hər kəsə peyvəndin üçüncü dozasının vurulması planlaşdırılıb.


Oxşar Xəbərlər

Xəbər lenti