“Saakaşvilinin inqilabi planları məhvə məhkumdur“ - Baş nazir

"Mixail Saakaşvilinin inqilabi istəkləri uğursuzluğa məhkumdur".
Sozcu.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
Baş nazirin öz "Facebook" səhifəsində yazıb:
"Keçmiş prezidentin hansı məqsədlə gəldiyinə dair cəmiyyətdə bir neçə versiya var, bunlar arasında hakimiyyət ehtirası , hökuməti devirmək niyyəti də var. Saakaşvilinin nəticələrini hesablamada da uzaqgörən deyil. Ən məntiqli versiya Saakaşvilinin Gürcüstana həbsxanaya getmək niyyəti ilə deyil, böyük bir dövlət çevrilişi ümidi ilə gəlmişdir. Mən də ictimaiyyətə demək istərdim ki, Saakaşvilinin inqilabi planları bütün hallarda məhvə məhkumdur".


Oxşar Xəbərlər

Xəbər lenti