Baş nazir Mixail Saakaşvilinin belə planının olduğunu açıqladı

 

"Mixail Saakaşvilinin planı Gürcüstanda özəl xəstəxanadan azadlığa çıxmaq idi".
Sozcu.info xəbər verir ki, bunu baş nazir İrakli Ğaribaşvili deyib.
Baş nazirin sözlərinə görə, Saakaşvili klinikaya getməyi planlaşdırırdı və oradan qanunsuz azadlığa çıxacaqdı. Ğaribaşvili deyib ki, üçüncü prezident onu xəstəxanadan çıxarmaları üçün tərəfdarlarını səfərbər olunmağa çağırıb.
“Saakaşvilinin tapşırığı birbaşa ondan ibarət idi ki, o, vəziyyətinin pisləşməsi və s. hansısa bir yolla özəl klinikaya yerləşdiriləcəyinə dair imitasiya etməyə başlayacaqdı, necə planlarının olduğunu təsəvvür edin və onun illüziyalarına görə müəyyən tərəfdarları səfərbər olunacaqdı. Təsəvvür edin, necə absurd vəziyyətdədirlər, guya onun tərəfdarları, seçiciləri Saakaşvilini xəstəxanadan çıxarıb azad edəcəkdi”, - İrakli Ğaribaşvili bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti