Saakaşvilinin partiyası əsas şəhərləri götürə bilər

Tiflis meri vəzifəsinə keçiriləcək seçkinin ikinci turundan öncə namizədlərin reytinqi açıqlanıb.
Sozcu.info xəbər verir ki, bununla bağlı “İpsos” şirkəti sorğu keçirib.
Sorğuya əsasən, hazırkı mer Kaxa Kaladze reytinqdə liderliyini qoruyub saxlayıb. Belə ki, Gürcü Arzusunun namizədi Kaladzeyə səs verməyə respondentlərin 51,6%-i hazır olduğunu bildirib. Onun əsas rəqibi Nika Meliyanın dəstəkçilərinin sayı 48,4% təşkil edib.
Sorğu həmçinin Zuqdidi, Kutaisi, Batumi və Rustavi şəhərlərində aparılıb. Bu 4 şəhərin hamısında respondentlər Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının namizədlərini dəstəkləyiblər.
Qeyd edək ki, Gürcüstanda qalibi müəyyən edilməyən 20 şəhərdə yerli özünüidarəetmə seçkilərinin ikinci turu 30 oktyabrda keçiriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti