Ukraynanın keçmiş prezidenti istintaqa çağırıldı

Ukraynanın eks-prezidenti Petro Poroşenko istintaqa çağırılıb.
Sozcu.info TASS-a istinadən xəbər verir ki, Dövlət İstintaq Bürosu Poroşenkonun yanvarın 31-də ifadə vermək üçün çağırıldığını elan edib.
Dövlətə xəyanətdə ittiham olunan Poroşenko Donbasın separatçıların nəzarəti altında olan hissəsindən daş kömür alınması ilə bağlı açılan cinayət işi çərçivəsində sorğu-sual ediləcək.


Oxşar Xəbərlər

Xəbər lenti