Gürcüstanda qiymət artımına etiraz aksiyaları

Gürcüstanın 4 şəhərində əhali qiymət artımına qarşı etiraz aksiyası həyata keçiriblər. Sozcu.info“Sputnik Qruziya”ya istinadla xəbər verir ki, Tbilisi, Kutaisi, Poti və Kobuleti şəhərlərində aksiyaçılar əllərində “Maaşları qaldırın”, “Hakimiyyət bizi ələ salır”, “Məşğulluq barədə nə xəbər var?!”, “Qarabaşaq 80% bahalaşıb” yazılmış plakatlar tutub.
Etirazçılar hakimiyyətdən tarif siyasətlərini dəyişməyə və ölkədə yenidən baş qaldıran korrupsiyanın kökünü kəsməyə çağırıblar.
Onlara rüsumları yarıbayarı endirmək və yanacağın qiymətini ən azı bir lari azaltmaq vəd edilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}