Gürcüstan ordusu NATO ilə birgə təlim keçirəcək

Bu ilin martın 20-dən 25-dək “NATO-Gürcüstan-2022” adlı birgə təlim keçiriləcək.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Çoxmillətli təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək.
NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) təşkil olunacaq təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazım olan bacarıqlarını inkişaf etdirəcəklər.
Təlimlər Gürcüstan və NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri arasında qarşılıqlı fəaliyyətin artırılmasına kömək edəcək.
Qeyd edək ki, ilk “NATO-Gürcüstan” təlimi 2016-cı ildə keçirilib.


Oxşar Xəbərlər

Xəbər lenti