Gürcüstan parlamentinin sədri Kiyevdə Ukraynaya dəstək ifadə edib

Kiyevdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla görüşüb.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, görüşdən sonra keçirilən birgə brifinqdə gürcü spiker Gürcüstanın Ukraynanın ərazi bütövlüyünə dəstəyini təsdiqləyib. Ş.Papuaşvili deyib ki, Buça, İrpen, Borodyanka, Kramatorskda gördüklərini sözlə ifadə etmək mümkün deyil: “Rusiya bu müharibəyə son qoymalı, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməli və ukraynalıların seçimini qəbul etməlidir”.Spikerin özlərinə görə, Ukraynada bu gün baş verənlər Gürcüstan vətəndaşlarına yad deyil, belə ki, gürcü xalqı 1990-cı illərdə və 2008-ci ildə bu hadisələri yaşayıb. O, Ukraynada sülhün tezliklə bərqərar olacağına ümid etdiyini bildirib.
R.Stefançuk öz növbəsində gürcü həmkarına Ukraynaya səfərə görə təşəkkür edib. O qeyd edib ki, bu səfər həmrəylik və dəstəyin əhəmiyyətli göstəricisidir.


Oxşar Xəbərlər

Xəbər lenti