Ukraynadan qalmaqallı Saakaşvili AÇIQLAMASI

Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmaq istəmir. Bu, çox güman ki, Bidzina İvanişvilinin qərarıdır, çünki o, Rusiyanın təsiri altındadır".
Sozcu.info Publika.az-a istinadən xəbər verir ki, bunları Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko "Formula" telekanalına müsahibəsində deyib.
Gürcüstanın mövqeyinin Ukraynanı qane etmədiyini qeyd edən Qeraşenko Saakaşvilinin Rusiyanın göstərişi ilə hazırda həbsdə olduğunu vurğulayıb.
"Gürcüstanın mövqeyi bizi qane etmir. Bizə həmrəylik lazımdır. Mən bilirəm ki, gürcü xalqı Ukraynanı çox sevir. Çoxlu gürcü bizim üçün döyüşür. Bidzina İvanişvili Rusiya tərəfindən idarə olunur, Mixail Saakaşvili isə Putinin düşmənidir. İndi müharibə zamanı İvanişvilinin Saakaşvilini bizə təhvil verməsinə heç bir ümidim yoxdur. Saakaşvili Rusiyanın göstərişi ilə hazırda həbsdə olan liderdir",- deyə Ukrayna daxili işlər nazirinin müşaviri Qeraşenko qeyd edib


Oxşar Xəbərlər

Xəbər lenti