26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Müharibə başlayandan indiyədək 6 milyon 361 min 116 nəfər Ukraynanın qonşu ölkələrlə sərhədini keçib.
Sozcu.info xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.
Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Onların hazırkı sayı 3 milyon 418 min 77 nəfər təşkil edir.
Sonrakı yerləri Rumıniya, Rusiya, Macarıstan, Moldova, Slovakiya, Belarus bölüşür.
Bundan əlavə, fevralın 28-dən indiyədək 1 milyon 887 min 500 vətəndaş Ukraynaya qayıdıb.