Dünyanın ən məşhur kainat alimi : “Bəli, UNO-lar var! ” SENSASİYA


Pentaqonun sözçüsü “uçan boşqablar”ın Amerika nüvə raketlərinə hücum etdiyini deyib

Bu həftə ABŞ Konqresində yadplanetlilərlə bağlı sensasion dinləmələr keçirilib. Bu mövzuda dinləmələrə Konqres son 50 ildə ilk dəfə qərar verib. Tədbir canlı yayımda bütün dünya tərəfindən izlənilib.

Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin alt komitəsində keçirilən açıq dinləmədə Pentaqon rəsmiləri konqresmenlərə ABŞ hərbi texnikasının Uçan Naməlum Obyektlərlə (NUO-UFO) toqquşması ilə bağlı on bir hadisə barədə məlumat veriblər. ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat üzrə direktor müavini Skot Breydən Amerika hərbi texnikasının UNO-larla toqquşması hallarının olub-olmaması soruşulub. “Bizim heç bir toqquşmamız olmayıb. Ancaq bunun az qala baş verdiyi ən azı on bir hadisə var idi”-deyə, Pentaqon rəsmisi bildirib. Brey bildirib ki, bu hallarda naməlum obyektlərdən toqquşma təhlükəsi barədə xəbərdarlıq siqnalı daxil olmayıb. O, ABŞ ordusunun UNO-larla əlaqə saxlamağa cəhd etmədiyini vurğulayıb.

Pentaqonun sözçüsü UNO-ların Amerika nüvə raketlərinə hücum etdiyini dedikdən sonra yayım qəfil kəsilib və dinləmə məxfiləşdirilib.
Əvvəllər bu tip xəbərlərə reaksiya ən yaxşı şəkildə “sərsəmlik” sözü ilə ifadə olunurdu. Rəsmi elm o qədər uzun müddətdir sübut edir ki, yadplanetlilər yoxdur və UNO-lar onu görənlərin şişirdilmiş fantaziyalarıdır. İndi isə məlum olur ki, əslində, bu mövzuda ciddi şəkildə danışmaq lazımdır.

Dünyanın ən məşhur kainat tədqiqatçısı, mətbuatın “müasir Eynşteyn”adlandırdığı Mitio Kaku ABŞ Konqresində yadplanetlilərlə bağlı son dinləmələri şərh edib. Kaku Yaponiyada anadan olub, lakin bütün həyatı boyu ABŞ-da yaşayıb. Onu bütün dünyada yaxşı tanıyırlar. Kaku “sərt nüvəli” alim, ənənəvi elmin aparıcı siması olsa da, kitablarında paralel kainatlar, “Tanrı ədədləri”ndən də bəhs edir.

Jurnalistlər bir neçə gündür ki, Kakuya suallarla hücum edirdilər və nəhayət o, Amerika kanallarından birində canlı çıxış edib. "Həqiqət ortadadır" Kaku mövzuya münasibətini əvvəl belə ifadə edib: “Bəli, UNO-lar mövcuddur! İndiyə qədər cavablardan daha çox suallar var, amma bu məni ruhlandırır. Bu qəribə gəmilər bildiyimiz fizika qanunlarına ziddir. Bu nədir? Yenə deyirəm, həqiqət hardasa var”, - Kaku deyib.

Sosial şəbəkələrdə istifadəçilər Kakuya birbaşa suallarla “hücum ediblər”: o, özü yadplanetliləri görübmü? Adətən, Kaku şərhlərə cavab vermir, bu təəccüblü deyil, çünki bir saat ərzində ona səkkiz yüzdən çox sual yazılıb. Kaku ona sual ünvanlayan istifadəçilərdən birinə isə cavab yazıb. Onun cavabı tam olaraq budur: “Böyük Karl Saqan (və kosmoloq Martin Ris) demişdi: “Dəlilin olmaması onun yoxluğunun sübutu deyil”. Mən çoxdan bu fikirdəyəm ki, kimsə mənə yerdən kənar həyatın mövcud olmadığını sübut edə bilmirsə, mən də öz fikrimdə haqlıyam. İndi biz, nəhayət bunu daha çox ehtimal edən sübutları açıq şəkildə etiraf edirik. Düşünürəm ki, bu ciddi diqqətə layiqdir. Sualınıza cavab olaraq, mən heç vaxt yadplanetlilərlə qarşılaşmamışam (ən azı şüurlu şəkildə!). Amma yer üzündəki bütün kainatın bizim əlimizdə olduğunu iddia etmək axmaqlıqdır. Və bu heyrətamiz hekayənin yalnız başlanğıcıdır.”



Oxşar Xəbərlər

Xəbər lenti