Tiflis merinin müavini öz evində ölü tapılıb-Cinayət şübhəsi


Tiflis şəhərinin merinin müavini İlya Eloşvili öz evində ölü olaraq tapılıb.

Sozcu.info  Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Hadisə ilə əlaqədar Cinayət məcəlləsinin 115-ci maddəsi (özünü öldürmək həddinə çatdırma) ilə iş açılıb.

İlya Eloşvili 10 ildən çoxdur Gürcüstan paytaxtının meri Kaxa Kaladzenin komandasının üzvü hesab olunurdu. O, 2021-ci ildə merin müavini vəzifəsinə təyin olunub. Həmin vaxta qədər isə Gürcüstanın enerji nazirinin müavini postunu tutub.



Oxşar Xəbərlər

Xəbər lenti