Hökumətdən Zurabişviliyə ŞOK QADAĞA: bu ölkələrə...


Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin onun Ukraynaya və bir sıra digər ölkələrə səfərinə icazə vermədiyini deyib.

Publika.az xəbər verir ki, bu barədə “Qruziya Online” məlumat yayıb.

Zurabişvilinin sözlərinə görə, o, Brüsselə Gürcüstanın namizədliyini dəstəkləmək üçün gəlib, lakin hökumət onun bir sıra ölkələrə səfərinə icazə verməkdən imtina edib.

"Mən Fransaya, Polşaya və ola bilsin ki, Ukraynaya səfər etmək istəyirdim, namizədliyin müzakirəsi prosesinin (Aİ-yə daxil olmaq üçün) sürətləndirilməsinə görə təşəkkür etməli idim, lakin yenə də rədd cavabı verildi", - o, hökumətin bütün hərəkətsizliyini təkbaşına xilas edə bilməyəcəyini qeydedib.

Bundan əvvəl Zurabişvili hökumətin mövqeyinə görə Paris, Brüssel, Berlin və Varşavada işgüzar görüşlərini ləğv etmək məcburiyyətində qaldığını bildirmişdi.

O, həmçinin deyir ki, Avropa Parlamentinin təsdiq etdiyi qətnamə və sənədin qəbulundan sonra hakim partiyanın şərhləri ona ölkənin maraqlarını effektiv şəkildə müdafiə etməyə imkan vermir:

“Hesab edirəm ki, mən Konstitusiya qarşısında cavabdehəm, çünki Konstitusiyanın 78-ci maddəsi məni bu prosesi irəli aparmaq üçün mümkün olan hər şeyi etməyə məcbur edir. Mən inanmıram ki, Gürcüstanın Avropadan başqa gələcəyi olsun”.
Məlumata görə, Gürcüstan hökuməti bazar ertəsi prezident Salome Zurabişviliyə qarşı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək, onun hüquq və səlahiyyətlərinin aydınlaşdırılmasını tələb edib.

Avropa Parlamentinin fraksiya liderləri cümə axşamı Aİ sammitini Ukrayna və Moldovaya namizəd statusu verməyə çağırıb və Gürcüstanı belə bir status üzərində işləməyə səsləyib.

Avropa Parlamenti də Gürcüstanda media azadlığının və jurnalistlərin təhlükəsizliyinin pozulması ilə bağlı qətnamə qəbul edib. Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini Aİ-yə üzvlük üçün zəruri olan meyarlara, o cümlədən qanunun aliliyi, məhkəmə sisteminin müstəqilliyi və media azadlığına riayət etməyə çağırıb.



Oxşar Xəbərlər

Xəbər lenti