26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Avropa İttifaqı ölkələrindən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı hər il artır. 2021-ci ildə onların sayı 14 min 970-ə çatıb.
Sozcu.info xəbər verir ki, bu barədə Avropa İttifaqının Sığınacaq üzrə Agentliyi (EUAA) məlumat yayıb.
Bildirilir ki, 2020-ci ildə Aİ ölkələrindən cəmi 6065 nəfər Gürcüstan vətəndaşı sığınacaq istəyib. Müraciətlərin sayının azalmasına əsasən, koronavirus pandemiyası səbəb olub.
Agentliyin hesabatında deyilir ki, Aİ-dən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının 37 faizi Fransa hökumətinə müraciət edib.
Aİ ölkələrindən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının 10 min 590 nəfərinə sığınacaq verilməsindən imtina olunub.