8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə silahı tətbiq etməyəcək, nədən ki, bilir, bu, NATO-nun qətiyyətli cavabına səbəb olacaq.
Hurriyyet.az xəbər verir ki, bu barədə amerikalı diplomat, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker danışıb («TSN»).
Onun sözlərinə görə, belə silahın tətbiqi təqdirində Rusiya mövcudluğunu itirəcək.
«Biz, heç bir riskə yol verməməliyik. Hətta əgər bu, 2 faiz olsa da, həddən artıq çoxdur. Heç kim nüvə silahı ilə işləmək istəmir. Əgər Putin strateji silah tətbiq edərsə, Qərb tərəfdən, NATO tərəfindən qətiyyətli və sürətli cavab olacaq və Rusiya olmayacaq» - Volker qeyd edib.
«Taktiki silaha və onun tətbiq olunmaq imkanlarına gəlincə, onların tətbiqi hərbi doktrina əsasında olar - nə zaman ki, onların ölkəsinə hücum edirlər və onlar məğlub olurlar, o zaman onlar bu silahı heç bir şərt olmadan tətbiq edirlər, amma sual yaranar ki, əgər onlar ərazi zəbt ediblərsə, nüvə silahının tətbiqindən sonra belə ərazi kimə lazım olarmış?» - diplomat izah edir.
Volker əmindir ki, hətta belə əmrin olduğu təqdirdə Rusiya komandanlığı onu yerinə yetirməyəcək. «Heç kim müşahidə etməyəcək ki, müasir dünyada nüvə silahından istifadə həyat norması olsun. Bayden və Ostin dəfələrlə xəbərdarlıq ediblər ki, əgər nüvə silahı tətbiq edilərsə, bu, NATO tərəfindən cavab doğuracaq. Rusiyalılar bunu bilirlər, ona görə heç nə etməyəcəklər.
Üçüncü səbəb, Rusiya hərbçiləri bütün nəticələrini anlayaraq, bu etməzlər. Putin başa düşər ki, ona tabe olmaya bilərlər və belə əmr verməz…» - diplomat yekun vurub.