Nüvə savaşı: 360 milyon insan ölür, 5 milyard isə...


Rusiya ilə ABŞ arasında tammiqyaslı nüvə müharibəsi baş versə, beş milyarddan çox insan həyatını itirə bilər. Bunun qarşısını almaq üçün dünyanın qlobal əməkdaşlığa ehtiyac var.

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatındakı Ratqers Universitetinin alimləri belə qənaətə gəliblər.

Bildirilir ki, ABŞ və müttəfiqlərinin Rusiya ilə müharibəsi dünya nüvə arsenalının 90%-dən çoxunun istifadəsinə səbəb ola bilər.

360 milyon insan nüvə mərmilərinin partlaması nəticəsində birbaşa ölümlə üzləşə, 5 milyarddan çoxu isə fəlakətdən sonra aclığın qurbanına çevrilə bilər:

"Qalan əhali isə gündəlik 1911 kilokalori miqdarında, beynəlxalq ticarət imkanı olmadan yaşamaq üçün lazım olan minimum miqdarda qida ilə təmin olunacaq".

Nüvə zərbəsi Yerin iqliminin onilliklər ərzində pozulmasına səbəb olacaq. Həmçinin, quruda və okeanlardakı qida sistemlərinə böyük təsir göstərəcək.



Oxşar Xəbərlər

Xəbər lenti