Rus hərbçilərdən Ukraynada yeniyetmə qızlara qarşı ŞOK ƏMƏL - Hədiyyə bəhanəsi ilə aldadıb...


Ruslar ukraynalı uşaqları avqust ayında Balakliya şəhərindən çıxarıb və geri qaytarmayıblar.

Sozcu.info xəbər verir ki, bu barədə “New York Times” qəzetindəki “Rusların ukraynalı uşaqlarla alveri” adlı məqalədə qeyd edilib. Bildirilib ki, ruslar müxtəlif hədiyyələr, yay düşərgəsi və təhlükəsizlik təminatı adı ilə aldadaraq azyaşlıları yay düşərgəsinə aparıblar. Onların arasında yeniyetmə qızlar da var. 29 yaşlı Nadia Borysenkonun sözlərinə görə, onun 12 yaşlı qızı düşərgəyə aparılıb və geri qaytarılmayıb.

Ukrayna hökumətinin hesablamalarına görə, 11461 uşaq Rusiyaya və ya Rusiyanın nəzarətində olan ərazilərə aparılıb. İddialara görə, uşaqlar rus ailələrinə övladlığa verilib. Rusiyaya aparılan uşaqların çoxu uşaq evləri, internat məktəbləri və xəstəxanalar kimi müəssisələrdən çıxarılıb. \\Metbuat.Az



Oxşar Xəbərlər

Xəbər lenti