SON DƏQİQƏ: Rusiya bu şəhəri raket atəşinə tutdu


Rusiya silahlı qüvvələri Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endiriblər. 

Sozcu.info xəbər verir ki, zərbələrdən biri çoxmərtəbəli yaşayış binasına, biri isə fərdi yaşayış evinə düşüb. 

Bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim məlumat verib. Raket zərbələri nəticəsində ölənlərin olduğunu qeyd edən Vitali Kim hələ ki, həlak olanların sayının dəqiqləşdirilmədiyini bildirib. 

Hadisə yerinə Dövlət Fövqəladə Xidməti, polis əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}