8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
Çinə məxsus balıqçı gəmisi Hind okeanında batıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin mərkəzi televiziyası məlumat yayıb.
Nəticədə 39 ekipaj üzvü ilə əlaqə itib.
Gəmidə 17 Çin, 17 İndoneziya və 5 Filippin vətəndaşı olub. Telekanaldan verilən məlumata görə, onların hamısı itkin düşənlər siyahısındadır, axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisədən sonra Çin rəhbəri Si Cinpin qəza yerinə əlavə xilasedici qüvvələrin göndərilməsi və beynəlxalq axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi barədə göstəriş verib.