İstanbul dağıdıcı zəlzələyə hazırlaşır – Nazir


Türkiyə hakimiyyəti İstanbulu mümkün dağıdıcı zəlzələ üçün hazırlamağı planlaşdırır.

Sozcu.info xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.

“Biz İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı Əkrəm İmamoğlu (İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri) və rayon rəhbərləri ilə görüşdük. Prinsipial razılığa gəldik. Gələn həftə fəlakətə hazırlaşmaq üçün işə başlayırıq”, - o bildirib.

Qeyd edək ki, iyulun 12-də türkiyəli seysmoloq Naci Görür İstanbulun yerləşdiyi Mərmərə dənizi bölgəsində 7,2-7,6 bal gücündə yeraltı təkanlar proqnozlaşdırıb.



Oxşar Xəbərlər

Xəbər lenti