Moskvaya yeni hücum olacaq - Ekspert


Moskvada “Vaqner” üsyanına bənzər yeni bir hücum mütləq baş verəcək.

Sozcu.info xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Taras Zaqorodnı deyib.

“Priqojin presedent yaratdı. O, əslində Putin hakimiyyətinin gücünün çürük olduğunu və onu dörd-beş min adamın ələ keçirə biləcəyini göstərdi. Bu o deməkdir ki, Priqojin basqınının mütləq təkrarı olacaq. Putin Priqojini aradan götürsə belə, bu, heç nəyi həll etmir. Çünki Kremldə lazım olduğu kritik anda Putin orada deyildi”, - Zaqorodnı bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti