8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk bildirib ki, Kerç boğazı üzərindən keçən körpü ötən ilin oktyabrında 21 ton heksogenin köməyi ilə partladılıb.
Sozcu.info xəbər verir ki, Malyukun açıqlamasını Ukraynanın “Novoye Vremya” nəşri dərc edib.
SBU rəhbərinin sözlərinə görə, təhlükəsizlik xidməti partlayıcıları yapışqan mayenin içində gizlədib. Malyuk bildirib ki, ukraynalılar körpüdəki GPS skanerləri və tıxaclardan yan keçə bilib və 2022-ci il oktyabrın 8-də səhər saatlarında partlayış törədiblər.
İyulun 17-də körpüyə hücum suüstü pilotsuz kater vasitəsilə həyata keçirilib. Malyuk, belə bir dronun daşıya biləcəyi partlayıcı maddələrin miqdarını yeddi min kiloqrama çatdıra bildiklərini söyləyib.
"Xüsusi əməliyyatın hazırlanmasında şəxsən mən və iki etibarlı əməkdaşım iştirak etmişik", - deyə SBU rəhbəri əməliyyatın bəzi detallarını açıb.
İyulun 17-də hücum nəticəsində Rusiyanı ilhaq edilmiş yarımada ilə birləşdirən Krım körpüsünün avtomobil hissəsi sıradan çıxıb, iki nəfər həlak olub.
Kiyev dəfələrlə bəyan edib ki, o, bu körpünü legitim hərbi hədəf hesab edir. Çünki bu körpüdən Ukraynadakı Rusiya hərbçilərini təchiz etmək üçün istifadə olunur. Eyni zamanda, Ukrayna tərəfi hücumlardan qısa müddət sonra partlayışların təşkilində hər hansı əli olduğunu təkzib edib.
AzPolitika.info