8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Priqojinin ölümü Putinin əmri ilə olub.
Sozcu.info xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutu (ISW) gəlib. İnstitutun analitikləri Priqojinin ölümünün arxasında Vladimir Putinin qisasçılıq niyyətinin dayandığını düşünürlər.
Qeyd edək ki, Rusiya Federal Aviasiya Agentliyinin (Rosaviasiya) avqustun 23-də verdiyi məlumata görə, bütün sərnişinlər - Yevgeni Priqojin, Dmitri Utkin, Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov və Nikolay Matyuseyev qəza zamanı üç ekipaj üzvü ilə birlikdə həlak olublar.
Bundan əlavə, Rusiya mənbələri iddia edir ki, "Vaqner" PMC-yə məxsus ikinci Embraer təyyarəsi (registr nömrəsi RA-02748) Moskvadan havaya qalxsa da, təxminən hadisənin baş verdiyi anda geri dönüb və Moskvanın Ostafyevo hava limanına enib.
Analitiklər vurğulayırlar ki, Rusiya Müdafiə Nazirliyi və Kreml Vaqner üsyanından sonra Priqojinə qarşı ciddi mübarizəyə başlayıb və bu, artıq sonuncu addım idi.
Ekspertlərin fikrincə, Priqojin və Utkinin ölümü "Vaqner"in bundan sonrakı taleyinə ciddi şəkildə təsir göstərəcək, döyüşçüləri ruhdan salacaq.
O da qeyd edilir ki, general Surovikinin vəzifədən azad edilməsilə Priqojinin qətlinin eyni günə düşməsi təsadüf ola bilməz. Kreml, çox güman ki, hər iki şəxsin cəzalandırılması ilə çevriliş üçün qaldırılan başların mütləq əziləcəyini bildirməyə çalışdı.
Məlumata görə, "Vaqner" silahlı üsyanının baş verməsindən keçən 2 ay müddət ərzində muzdlular bir neçə rus helikopterini vurub və azı 13 rus hərbçisini öldürüb.
Ekspertlər onu da qeyd ediblər ki, Kremlin Priqojinin qətli ilə bağlı aşkar məsuliyyəti Putinin və Rusiya hərbçilərinin üzərindən atacağı əsas ehtimallardan biridir.
publika.az