Səhiyyə Nazirliyi: “Ölkəyə dərmanlar ən çox Avropadan gətirilir”

 

"Azərbaycana bütün ölkələrdən dərman vasitələri idxal olunur”.

Virtualaz.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmokonəzarət sektorunun müdiri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman gətirilir, həmçinin Türkiyə və Rusiyadan dərman alınır. Banqladeş və Hindistandan da dərmanlar gətirilir. Amma bunların sayı bir o qədər də çox deyil".

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov deyib ki, ola bilsin, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən hansısa dərman vasitələrinin müalicə üçün xeyri olmur: "Müalicə üçün düzgün dərman seçilməyə bilər, amma diaqnoz düzgün qoyulduqda həmin xəstəliyin müalicəsi üçün lazım olan təsiredici maddə düzgün seçilərsə, müalicə öz effektini verir. Ola bilsin, dərman xəstəyə fərdi olaraq təsir göstərməyə bilər, bu da insan orqanizmindən asılıdır. Hər bir təsiredici maddələr üçün alternativlər var. Dərman vasitələrinin keyfiyyəti laboratoriyalarda dəqiqliklə yoxlanılır və onun tərkib maddələri dəqiq təyin edilir".

Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin baş mütəxəssisi Ulduz Eyvazova isə deyib ki, çox zaman dərmanın əlavə təsirinin aşılması zəhərlənmələrə səbəb olur: "Məsələn, göz damcısının, yaxud şərbət açıldıqdan sonra müəyyən müddət ərzində istifadə edilməlidir. Lakin buna riayət edilmir. Ona görə də, dərman zəhərlənmələrinə dərmanın keyfiyyətsizliyi deyil, doza həddinin aşılması səbəb olur".

"Apteklərdə monitorinqlər keçirilir, amma bu zaman nazirliyə şikayətlər daxil olmalıdır. 2016-2017- ci ildə təhlil aparılır. 2016-cı ildə 732 nəfər, ötən il isə 714 nəfər dərmandan zəhərlənib. Sedativ yuxu gətirici və qıcolma əleyhinə dərmanlardan zəhərlənmə olub. Xəstələrin 17 faizi uşaqlardır, bəzən uşaqlar nəzarətsiz qalır. Dərmanlar uşaqlar üçün təhlükəsiz qablarda saxlanılacaq. Bəzən həkimin təyinindən əlavə doza qəbul edilir. Bəzən də intihar məqsədilə zəhərlənmələr olur. Allergiyalar, əlavə təsirlər də zəhərlənmə hesab edilir. Baş ağrı perapatları və antibiotiklər əlavə təsir verir. Bilmək lazımdır ki, virus infeksiyalarında antibiotik effekt vermir, əksinə xəstənin immun sistemini zəiflədir. Allergiya da baş verir, hətta ən yüngül dərman allergiya verə bilər. Ölkəyə hər bir xəstəlikləri əhatə edən dərmanlar gətirir. Daha çox ağrıkəsicilər alırlar”, - əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}