Zelenski Makronla Ukraynanın təhlükəsizliyinə zəmanət haqqında saziş imzaladı


Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa lideri Emmanuel Makron Ukraynanın təhlükəsizliyinə zəmanət haqqında ikitərəfli saziş imzalayıblar.

Bu barədə RBC-Ukrayna dövlət liderlərinin mətbuat konfransına istinadən məlumat yayıb.

Zelenski və Makron Yelisey sarayında müvafiq sənədi imzalayıblar.

Makron sənədi imzaladıqdan sonra deyib: “Rusiyanın müharibədə uduzması üçün Ukrayna ilə yan-yana durmaq əzmindəyik”.

Qeyd edək ki, ötən gün Zelenski Almaniya ilə təhlükəsizlik sazişi bağlayıb. O, müvafiq sənədi Almaniya kansleri Olaf Şolzla imzalayıb.

Müqavilə “Ukraynanın təhlükəsizliyi və dəstəyi ilə bağlı uzunmüddətli öhdəlikləri” əhatə edir. \\Redaktor.Az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}