Orban Gürcüstanı dəstəklədi - Aİ-nin mövqeyinə rəğmən

Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Orban Aİ-nin mövqeyinə rəğmən Gürcüstanı dəstəkləyib. 
Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, bütün istiqamətlərdə suverenliyi qorumağın Tbilisi üçün nə qədər çətin olduğunu Avropada başa düşmürlər. Orban Avropa Siyasi Birliyinin Londonda keçirilən IV sammitində jurnalitlərə açıqlamasında deyib: "Gürcüstan gözəl ölkədir. Orada hər şey qaydasındadır. Onun hökuməti çox çətin şəraitdə suverenliyini və müstəqilliyini qoruyub saxlamağa çalışır. Çox çətin ki, Avropanın bir çox liderləri bütün istiqamətdə suverenliyi müdafiə etməyin Gürcüstan kimi bir ölkə üçün nə qədər çətin olduğunu başa düşmürlər. Məncə, bu dövlət çox gözəl fəaliyyət göstərir".
Bəlli olduğu kimi, Gürcüstanda "Xarici təsirin şəffaflığı barəsində" qanunun ("xarici agentlər barəsində qanun" kimi də tanınır) qəbul edilməsindən sonra Brüssel Tbilisini Gürcüstanın Aİ-yə birləşməsi prosesinin dayandırılacağı ilə təhdid edib. Avropa diplomatiyasının başçısı Cozep Borrel Gürcüstan hökumətinin indiki siyasi kursunu davam etdirəcəyi təqdirdə, Avropanın qapılarının Tbilisinin üzünə bağlanacağını bəyan edib. O, həmin qanunun ləğv edilməyəcəyi təqdirdə Brüsselin Gürcüstanı maliyyə dəstəyindən məhrum edəcəyi ilə təhdid edib.



Oxşar Xəbərlər

Xəbər lenti