27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Avropa İttifaqı (Aİ) sammitində Gürcüstanın ittifaqa qəbul prosesinin faktiki olaraq dayandırıldığı elan edilib,Sozcu.info xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında qeyd edilib.Sənədə görə, Gürcüstan Avropa dəyərlərini pozmaqda ittiham edilib.“Avropa Şurası Gürcüstan hökumətinin Avropa İttifaqının əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan kursundan ciddi narahatlığını ifadə edir”, - bəyanatda bildirilib.Sammit həm də Avropa yolunda gürcü xalqını dəstəkləməyə hazır olduğunu bəyan edib.Sənəddə həmçinin vurğulanıb ki, Aİ respublikada qarşıdan gələn parlament seçkilərini müşahidə etmək niyyətindədir. Eyni zamanda, Aİ yoluna qayıtmaq üçün Brüssel Gürcüstandan Avrointeqrasiya prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar aparmağı tələb edib.Sənəddə konkret olaraq Brüsselin Tbilisidən nə istədiyi qeyd olunmur. Lakin avropalı funksionerlər bunu artıq bir neçə dəfə bəyan ediblər.Belə ki, bu ilin iyununda Aİ sammiti Gürcüstanı xarici təsirin şəffaflığı haqqında qanuna görə assosiasiyaya qəbul prosesini dayandırmaqla hədələyib. Aİ nöqteyi-nəzərindən xarici təsirin şəffaflığına dair qəbul edilmiş normativ akt Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyələrindən yayınmadır.