15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüşün keçiriləcəyini elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zelenski Davosdakı danışıqlardan dərhal sonra açıqlayıb.
Qeyd edək ki, görüşün yanvarın 23-ü baş tutması planlaşdırılır. Görüşdə Ukrayna və Rusiya tərəfləri ilə yanaşı, ABŞ-nin yüksək səviyyəli nümayəndələrinin də iştirak edəcəyi bildirilir.
***
Ukrayna Prezidenti Volodimir Zelenski BƏƏ-dəki üçtərəfli danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.
Ukraynanı təmsil edəcək qrupa müdafiə naziri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Sergey Kislitsa, hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Baş Qərargah rəisi Andrey Qnatov daxil edilib.