10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İSRAİL-BƏƏ “SÜLHSEVƏRLİYİ”NDƏN GƏLƏN QAN İYİ
–“Tarixi saziş”in arxa planı
Dünən ABŞ prezidenti Donald Trampın BƏƏ ilə İsrail arasında münasibətlərin normallaşmasına dair saziş imzalandığı barədə öz Twitter səhifəsindən paylaşdığı xəbər ərəb ölkələrində birmənalı qarşılanmadı.
Xüsusilə İsrail işğalı altındakı Fələstin xalqı bu xəbəri böyük üzüntü ilə qarşıladı. Verilən məlumatlarda Fələstin lideri Mahmud Abbasın Abu Dabidəki səfiri geri çağırdığı və Qəzza şəridindən İsrailə bir neçə raket atıldığı bildirilir. İki ölkə arasında bağlanan sazişə əks-reaksiyalar hələ ki zəif görünsə də, bu, ərəb ölkələrindəki ictimai narazılığı tam olaraq ifadə etmir, krallıq rejimlərinin dəyənəyi altında əzilərək susan xalqların bu “dostluq”la razılaşacaqları mənasına gəlmir.
İstər ABŞ yetkililərinin, istərsə də İsrail Baş naziri Binyamin Netayahunun verdiyi məlumata görə,
Birləşmiş Ərəb Əmirliklərinin atdığı bu addım yalnız onunla məhdudlaşmayacaq, bir çox ərəb ölkələri də eyni mövqe sərgiləyəcəklər
. Yəni ərəb ölkələri İslam coğrafiyasının strateji əhəmiyyət daşıyan bir hissəsini ilhaq edən və bu ilhaqı genişləndirməyə çalışan İsraillə dost olacaqlar, ticari, iqtisadi, yeri gələndə hərbi əməkdaşlıqlarını gücləndirəcəklər. Sənaye ölkəsi olan İsrail ərəblərlə münasibətlərin normallaşmasından həm öz təhlükəsizliyini təmin edəcək, həm də neft zəngini olan böyük bazar qazanacaqlar.
Hansı ki, həmin bazarın alıcılıq qabiliyyəti yüksək olan yüzmilyonlarla müştərisi var və onların sərvətləri İsrailə axacaq.
Üstəlik, bu anlaşmalardan sonra ərəb ölkələrində getdikcə artan narazılıqlar, qonşularından gələ gələcək müdaxilələr onları İsrail hərbi sənayesinin məhsullarından asılı vəziyyətə salacaq.
Ərəb ölkələri İsrailin havadan müdafiə sistemləri ilə təchiz ediləcək, öz hava sahələrini qoruyarkən əslində İsrail üzərindəki “Dəmir Qübbə”ni möhkəmlədəcəklər
. Başqa sözlə desək, İrandan İsrailə atılacağı gözlənilən raketləri öz hava sahələrində zərərsizləşdirəcəklər. Nəticədə İranın İsrail üçün təhdidlərindən biri də ortadan qalxacaq və o, əli-ayağı bağlanmış
asan yemə
çevriləcək.
Bəs bunun müqabilində BƏƏ və bənzər sazişi imzalamağa hazırlaşan ərəb ölkələri nə qazanacaqlar?
Donald Trampın dediyinə görə,
İsrailin Fələstin torpaqlarını ilhaq siyasətini dayandırmasını
.
Təl-əvivin bu mövqeyini “misligörünməmiş güzəşt” kimi təqdim edən ABŞ prezidenti imzalanan sazişi də “
tarixi sülh anlaşması
” adlandırdı. Halbuki, İsraillə bənzər anlaşma ilk dəfə
1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya
arasında bağlanmışdı. Dolayısıyla BƏƏ ilə bağlanan “sülh sazişi” 3-cü belə anlaşmaydı və
tarixilik
əxz etmirdi. Ən əsası isə odur ki, 40 ildən artıq yaşı olan ilk və 26 il yaşı olan ikinci sazişin regionda sülhə gətirmədiyi də gün kimi ortadadır. Bununla belə, rəsmi Abu Dabi ABŞ prezidentinin bu sözlərini təsdiqlədi və guya
Fələstin torpaqlarının ilhaq edilməməsi qarşılığında Təl-əvivlə bu müqaviləni bağladığını
açıqladı.
Maraqlıdır ki, Donald Trampın və BƏƏ şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan bu sözlərinin üzərindən az keçməmiş İsrail təyyarələrinin Qəzza zolağında hava əməliyyatları keçirdiyi və HƏMAS mövqelərini bombaladığı xəbərləri yayıldı. İsrail ordusu rəsmi Twitter səhifəsində həmin əməliyyatlar
Qəzzadakı HƏMAS mövqelərindən atılan “hava şarları”na cavab
kimi xarakterizə edildi. “
Qəzza zolağından İsrail ərazisinə bir sıra partlayıcı şarın atılmasına cavab olaraq, biz sadəcə hava hücumundan müdafiə postunu, yeraltı infrastrukturu və Qəzzadakı Həmasın müşahidə postlarını vurduq”,
-İsrail ordusunun rəsmi Twitter açıqlamasında belə deyilirdi.
Az keçməmiş ikinci maraqlı açıqlama
İsrailin Baş naziri Binyamin Netanyahu
dan gəldi. Baş nazir işğal altındakı Qərbi Şəriyə bölgəsində
ilhaq planından
vaz keçmədiklərini sadəcə
müvəqqəti olaraq təxirə saldıqlarını
açıqladı. Qərbi Qüdsdəki ofisində keçirdiyi mətbuat konfransında BƏƏ ilə
“barışa barış”
(nə deməkdir, Allah bilir) əsasında saziş imzaladıqlarını və bu sazişin
ticarət, turizm və aviasiya
sahələrini əhatə etdiyini bildirən Netanyahunun ilhaq barədə fikirləri olduqca açıq və konkret idi: “
İlhaq planımızda heç bir dəyişiklik yoxdur”
. Bu bəyanatın Qüdsdə (Qərbindən və ya Şərqindən asılı olmayaraq) verilməsi də əslində hər sözü deyir, bir növ həm Trampın, həm də şahzadə Məhəmməd bin Zayed Əl-Nəhyanın dediklərinin üzərindən xətt çəkir. BƏƏ ilə bağlanan müqaviləni “həqiqi sülh sazişi” olaraq xarakterizə edən İsrail Baş naziri digər ərəb ölkələrinin də
bu razılaşmaya qoşulacağını
bildirdi.
Ən maraqlısı isə budur ki, Birləşmiş Ərəb Əmirlikləri İsrailə göstərdiyi bu alicənab mövqeyi nədənsə
Qətərdən çox görür
. Amerikanın “
Fox News
” televiziyasının iyulun əvvəlində yayımladığı bir xəbərə görə, körfəz ölkələri ilə Qətər arasında münasibətlərin tənzimlənməsinə dair görüşlər keçirilmiş, son anda isə danışıqlar nəticəsiz başa çatmışdı.
Danışıqları pozan BƏƏ olmuşdu
.
Xatırladaq ki, Qətərlə körfəz ölkələri arasında gərginlik 5 iyun 2017-ci il tarixində baş verib. O gündən indiyədək körfəz ölkələri Qətəri quru, hava və dəniz mühasirəsinə alıblar. BƏƏ isə 3 ildir ki öz yaxın qonşusuna və qardaşına endirilən bu zərbəni qarşı tərəf məhv olana qədər davam etdirməkdə israrlıdır.
Dünən İsraillə sülh sazişi imzalayan və bunu “tarixi addım” kimi qiymətləndirən BƏƏ-nin Qətərə bu iltifatı çox görməsinin
bir neçə səbəbi
var. Əvvəla, BƏƏ-nin nöqteyi-nəzərincə, yaxın qonşusunun və qardaşının əsas günahı
İranla münasibətində düşmən mövqeyi tutmaması və 2010-cu ildən etibarilə Yaxın Şərqi bürüyən “ərəb baharı” hərəkatını maliyyələşdirməsidir
. Hansı ki, bu hərəkat ABŞ və İsrailin diktəsiylə ərəb xalqları üzərində krallıq quran bir neçə ailənin maraqlarına qulluq edən rejimləri dəyişdirməyi özünün əsas hədəfi olaraq seçmişdi.
BƏƏ-nin Qətərlə münasibətlərin tənzimlənməsinə qarşı çıxmasının digər səbəbi
ərəb dünyasına liderlik iddiasından
irəli gəlir. Hər halda Amerikanın “Fox News” televiziyası da aylar öncə verdiyi xəbərin analizində bunu iddia edirdi. Bu mülahizəyə görə, BƏƏ-nin bu addımı bölgədə
hakim güc olmaq və ərəb coğrafiyasını ilgiləndirən qərarların Qahirə, Bağdad və ya Dəməşqdə deyil, məhz Əbu-Dabidə alınması istəyindən
qaynaqlanır.
Bildirildiyinə görə,
Səudiyyə Ərəbistanının Qətərlə ixtilafı davam qərarı da Riyadda deyil, Abu Dabidə verilmişdi
. “Fox News” iddia edirdi ki, BƏƏ rəsmiləri bunun üçün ABŞ-da apardıqları lobbiçilik fəaliyyətinə milyardlarla dollar xərcləmiş və sonunda öz məqsədlərinə nail olmuşdular.
Qeyd edək ki, əslində ərəb ağalığı uğrunda mübarizədə
Qətər də süddən çıxmış ağ qaşıq
deyil. Rəsmi Doha da məhz bu liderlik üçün
Yaxın Şərq coğrafiyasında “ərəb baharlarını” dəstəkləmiş, Misirdə, Tunisdə, Liviyada hakimiyyət dəyişikliklərini reallaşdıra bilmişdi
. Suriyada oxu daşa dəyən Qətər Yaxın Şərqin diktator rejimlərinin birgə fəaliyyəti nəticəsində “zərərsizləşdirilmiş” və 2017-ci ildən tam mühasirəyə alınmışdır. Onun “ərəb baharı”ndakı ən təsirli silahı olan “Əlcazirə” telekanalı bir çox ərəb ölkələrində yayımını dayandırmışdı. Körfəz ölkələrinin 2018-ci ildə Qətərə zorla qəbul etdirdikləri
13 maddəlik razılaşma mətnində
bu tələb də yer alırdı.
Sözsüz ki, Qətər ABŞ və İsrailin maraqlarını nəzərə almadan
bu “inqilabi dəyişikliklərə”
imza ata bilməzdi. Görünən budur ki, ərəb ölkələrini qana bulamaq və özündən daha çox asılı vəziyyətə gətirən ABŞ əvvəl Qətər projesini dəstəkləsə də, öz məqsədinə çatdıqdan sonra Dohanın arxasından çəkildi. Amma Vaşinqton Qətərin tamamilə məhv edilməsini də istəmirdi. Körfəz ölkələri arasında yaşanan Qətər böhranını dayandırmaq üçün vasitəçilik etməsi də bunun nəticəsi idi.
Əlbəttə ki, başqa səbəblər də var. Önəmli səbəblərdən biri öz ərəb qardaşları tərəfindən sıxışdırıldıqca
Qətərin
İrana meyllənməyə
məhkum olmasıdır. Rəsmi məlumatlara görə, körfəz ölkələri tərəfindən hava blokadasında alınan
Qətər artıq İran hava məkanından istifadə edir və bunun üçün həm məzhəbi, həm irqi, həm də coğrafi baxımdan uzaq qonşusuna ildə 133 milyon dollar ödəyir
.
Üstəlik, 2.5 milyon insanın yaşadığı (bunun sadəcə 800 mini ölkə vətəndaşdır) Qətər əvvəl ərəblərdən aldığı qida və sənaye məhsullarını da İrandan idxal etməyə başlayıb.
Nəticədə Qətərlə İran arasındakı ticarət həcmi 2 milyard dollara qədər artıb. İranın rəsmi statistikasına görə, böhrandan əvvəl Qətərə cəmi 50 milyon dollar olan gündəlik tələbat mallarının ixracı 300 milyon dollara yüksəlib.
Bu Tramp hakimiyyətinin
İrana tətbiq etdiyi blokadanın tələblərinə zidd olsa da, Qətərin başqa çarəsi yoxdur
. Vaşinqton Qətəri bu asılılıqdan xilas etmək üçün körfəz ölkələrini barışdırmaq istəyirdi.
Onun həmin arzusunun BƏƏ tərəfindən əngəllənməsi və daha sonra bu cırtdan ölkənin İsraillə sülh sazişi imzalaması
regionda yaxın günlərdə nələrin baş verəcəyini proqnozlaşdırmağa kömək edir.
Belə görünür ki, İsrail və körfəz ölkələri İrandan qabaq Qətər məsələsini çözməyə çalışacaqlar
. Böyük ehtimalla rəsmi Doha 2010-cu ildə ərəb ağalığı arzusunda düşməsinin bədəllərini ağır ödəyəcək və Qətər əmiri Təmim bin Həmad əl-Taninin dünya iqtisadiyyatını şəkilləndirən mülkiyyəti “sülhpərvər” müttəfiqliyin güdazına gedəcək.
Əvəzində isə BƏƏ “ərəb ağalığını” digər qardaşlarına da qəbul etdirəcək
.
Fars körfəzindəki son qala da fəth olunduqdan sonra növbə, təbii ki, İrana çata bilər.
Heydər Oğuz
Oxşar Xəbərlər
Türkiyə və ərəb ölkələri qarşı-qarşıya gələ bilərlər
Yüz ilin dəhşətli layihəsi REALLAŞIR - Burada bir müsəlman belə qalmayacaq və...
Ərəb dövlətləri çətin seçim qarşısında:İsrailə, yoxsa İrana "hə" deməli - Təhlil
ƏRƏB BİRLİYİ ÖLÜB –"Atlantic Council"-in eksperti bu rəydədir
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…