Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz avtomobil qəzası keçirib.
Sozcu.info xəbər verir ki, M.Cengiz Türkiyə Super Liqasının XXXI turunda doğma meydanda "Beşiktaş"la qarşılaşdıqları oyundan sonra yol qəzasına düşüb.
Saat 00:00 radələrində onun sürücüsünün idarə etdiyi maşın avtobanda olan bir avtobusla toqquşub. Hadisə nəticəsində ciddi yaralananlar olmayıb. Klub prezidentinin vəziyyətinin qaydasında olduğu açıqlanıb.
Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb./report/