29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
ABŞ Çin vətəndaşlarına viza verilməsinə dair qaydalara dəyişiklik edəcəyi ilə bağlı bəyanat yayıb.
Sozcu.info publika.az-a istinadən xəbər verir ki, yeni qaydaların iyunun 11-dən etibarən tətbiq ediləcəyi gözlənilir.
Məlumatda qeyd olunur ki, ABŞ viza müddətini məhdudlaşdırma hüququnu özündə saxlayır: "Bu günə qədər Çin vətəndaşlarına verilən vizaların əksəriyyəti maksimum işlətmə müddətinə malik idi. Lakin artıq iyunun 11-dən etibarən bu qaydalar dəyişəcək. Qaydaların dəyişdirilməsinə səbəb isə ABŞ-ın milli təhlükəsizlik strategiyasıdır. Görülən tədbirlər milli təhlükəsizlik strategiyası çərçivəsində və əqli mülkiyyətin rəqibə keçməsinin qarşısının alınması üçün görülüb. ABŞ əvvəlki kimi Çindən tələbələr, eləcə də vətəndaşlar qəbul etməyə davam edir".