Aşıq Namiqə qarşı dələduzluq edənlər şərti cəza aldı

 

Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəza çıxarılıb.

Bildirək ki, təqsirləndirilən şəxslər zərərçəkmişlərin pulunu ödəyib.

İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.

Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompyuterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər.

Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.

Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54 500 manat və Habil Hənifəyevin 53500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

İttihamda yazılır ki, bu şəxslər də ucuz komuyter almaq istəyərkən təqsirləndirilən şəxslər tərəfindən aldadılıblar.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti