Rusiyanın 70 il əvvəlki planı DİRİLİR - Azərbaycanlı silah istehsalçısı DƏHŞƏTLİ LAYİHƏNİ AÇDI

Rusiyanın 70 il əvvəlki planı DİRİLİR - Azərbaycanlı silah istehsalçısı DƏHŞƏTLİ LAYİHƏNİ AÇDI

 

Rusiya akademik Andrey Saxarovun nüvə döyüş başlıqlı sualtı torpeda layihəsinin müzakirəsinə qayıdır.

Sozcu.info publika.az-a istinadən xəbər verir ki, bu haqda "Express” nəşri bildirib.

"İndi daha əvvəl həyata keçirilməmiş ideyaların qayıdışının ümumi tendensiyası var”, - Rusiyada raketlərin aparıcı istehsalçısı Şamil Əliyev hesab edir.

Əliyevin sözlərinə görə, uzunluğu 24, diametri isə 1,5 metr olan, hərəkət radius 50 kilometr olan nüvə başlıqlı torpedaların yaradılması haqqında Saxarovun ideyasına yenidən baxılır. Belə torpedalar suda partlayışın köməyi ilə sahildə obyektləri məhv etməyə qadirdir.

Əliyev vurğulayıb ki, T-15 torpedalarının yaradılması üzrə Saxarovun planından imtina haqqında qərar 1950-ci illərdə maliyyənin çatışmazlığı ilə əlaqədar qəbul edilmişdi.

Məlumata görə, torpeda nüvə döyüş başlığıyla baş verəcək partlayış gücü 100 meqaton trotil ekvivalenti təşkil edəcək. Bu isə 1945-ci il Xirosimada baş verən partlayışdan minlərlə dəfə daha güclüdür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}