Ulaq təsərrüfatında satılan süddə bakteriya aşkarlandı

 

Qida Təhlükəsizliyi Agentliyi ulaq təsərrüfatı ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.

Agentlikdən Sozcu.info -a bildiriblər ki, təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığı aşkar olunub.

Xəbərdə deyilir ki, bir neçə gün əvvəlagentliyin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirilib, həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülüb. Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuş pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib. Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün agentliyə müraciət etmələri bildirilib.



Oxşar Xəbərlər

Xəbər lenti