Deputatın zorladığı azərbaycanlı qız DÜNYASINI DƏYİŞDİ

Deputatın zorladığı azərbaycanlı qız DÜNYASINI DƏYİŞDİ

 

İran parlamentinin deputatı Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun şübhəli ölümü haqda Birləşmiş Millətlər Təşkilatına (BMT) məlumat verilib.

Sozcu.info  xəbər verir ki, bu barədə Güney Azərbaycan İnsan Haqları Cəmiyyətinin yetkilisi Jalə Təbrizi açıqlama yayıb.

O, Güney Azərbaycandan olan Zəhra ilə bağlı ingilis dilində hesabat hazırlandığını bildirib.

Bildirilib ki, Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin bu barədə hazırladığı hesabat BMT-yə təqdim olunub, mövzu ilə bağlı BMT-yə əlavə məlumat da göndəriləcək.

Qeyd edək ki, Zəhra Nəvidpurun yanvarın 6-da vəfat edib. 28 yaşlı qız Məlikan xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Bundan əvvəl onun millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalması haqda məlumat yayılmışdı. Lakin bu barədə məhkəmə araşdırmaları iddianı təmin etməyib. Zəhra isə dəfələrlə şikayətini geri götürməsi üçün millət vəkilinin adamları tərəfindən təhdid edilib və ölümlə hədələnib.

Hazırda İran parlamentinin İctimai Komissiyasının sədri olan Salman Xudadadi ötən illərdə ona müraciət edən bir qadın və öz katibəsinə təcavüz etməkdə ittiham olunub və bununla bağlı polis tərəfindən saxlanılsa da azad edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}