8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyaya hücumun istənilən ssenarisi halında, təcavüzkar tamamilə məhv ediləcək.
Sozcu.info xəbər verir ki, belə fikirlər "Ulduz” həftəliyində "Vətənin arsenalı” jurnalının hərbi eksperti Aleksey Leonkov çıxış edib.
Onun sözlərinə görə, əgər rəqib ABŞ olarsa, bütün amerikalıların məhvi üçün 10 ədəd "RS-28 Sarmat” qitələrarası ballistik raket lazım olacaq. Hərbi ekspertin hesablamalarına görə, qitələrarası ballistik raketlər nüvə müharibəsində birinci alət olacaq. Məhz onların zərbəsi dövlətin təhlükəsizliyi üçün cavab verən bütün elektron aparaturanı və silah sistemlərini tamamilə məhv etməyə qadirdir. Leonkov qeyd edib ki, Rusiya və ABŞ arasında müharibə baş verəcəyi halda, "Sarmat”lar hədəfə çatmaq üçün tamamilə kifayət edəcək.
Ekspert xatırladıb ki, ştatların 80 faiz əhalisi ölkənin qərb və şərq sahilində yaşayır.
"Bir "Sarmat” raketi 6,75 meqatondan 7,5 meqatona qədər nüvə yükü çatdıra bilir. Bu, ABŞ-ın sıx məskunlaşmış rayonlarında 33,75 milyondan 37,5 milyona qədər insanın həyatına son qoya bilər. On "Sarmat” bütün Amerika əhalisini (2018-cili ilin məlumatına görə, ABŞ-ın əhalisi 325 milyon 167 mindir –red.) məhv edəcək”, - Leonkov yekunlaşdırıb.
Qeyd edək ki, Rusiya 2025-ci ilə kimi Silahlı Qüvvələrinin arsenalına 40 "Sarmat” raketini daxil etməyi planlaşdırır.
Moskva ilk dəfə 2016-cı ildə ilk dəfə yeni və ən böyük nüvə silahı olan "RS-28 Sarmat"ın fotolarının mətbuatda yayılmasına icazə verib. ABŞ-ın CNBC kanalına görə, raket bütün Fransanı, yaxud Texas ştatını yer üzündən silə bilər. Bu raket sələfi "Satan"dan güclü olduğundan onu Qərbdə "Satan 2" adlandırıblar.
ABŞ-ın "Nyu-York Post" qəzeti isə "RS-28 Sarmat"ı cildini dəyişmiş iblis adlandırıb. Qəzet silahın cəhənnəmi Yerdə yaratmağa qadir olduğunu bildirib: "Moskvadakı silah mütəxəssisləri "RS-28 Sarmat"ın müdafiə radarlarından yayınaraq, 10 min kilometrə qədər məsafəni asanlıqla qət edə biləcəyini deyirlər. Bu, o deməkdir ki, Rusiya bu nüvə silahıyla Nyu-Yorku da vura bilər”.