Ermənistan generalı Rusiyadan siyasi sığınacaq istədi - "Hər ağzından tüpürcək axana general paqonu verəndə belə olar..."

Ermənistan generalı Rusiyadan siyasi sığınacaq istədi - "Hər ağzından tüpürcək axana general paqonu verəndə belə olar..."

 

Ermənistanın məhkəmə qərarlarının məcburi icrası Xidmətinin keçmiş rəisi, ədliyyə generalı Miqran Poqosyan Rusiyadan siyasi sığınacaq istəyib.

Sozcu.info virtualaz.org-a istinadən xəbər verir ki, Poqosyan Ermənistan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi və bu günlərdə onun Moskvada tutulduğu məlum olmuşdu. Rusiya tərəfi Poqosyanın ekstradisiyası ilə bağlı müraciətə baxarkən erməni general ölkəsinə verilməməsi üçün siyasi sığınacaq istəyib.

Miqran Poqosyanın adı "Panama sənədləri”ində açıqlanmışdı və onun xaricdə biznes aktivlərinin olduğu üzə çıxmışdı. Onun Rusiyadan sığınacaq istəməsi Ermənistanda fərqli reaksiyalara səbəb olub. Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri, hazırda korrupsiya ittihamı ilə istintaq altında olan David Sanasaryan Facebook-da yazıb: "Hər yoldan ötən cinayətkara və ağzından tüpürcək axana general rütbəsi verəndə belə biabır olmalıydıq. Ciddi zabit mədəniyyətinə malik ölkələrdə general rütbəsi daşıyanlar hətta işgəncə altında başqa ölkələrdən siyasi sığınacaq istəməzlər, öz ölkələrinə təslim olarlar ki, poqonlarını daşıdığı institutun divarları əlçatmaz olsun. Hərçənd Poqosyan kimiləri üçün şərəf yad anlayışdır”.

Parlamentin iqtisadi məsələlər komissiyasının rəhbəri Babken Tunyan isə deyib ki, ölkənin keçmiş yüksək rütbəli şəxsinin, dövlət sirlərinə çıxışı olan generalın başqa ölkədən siyasi sığınacaq istəməsi yaxşı hal deyil. Və o, vətəndaş kimi buna neqativ baxır. "Habelə vətəndaş kimi mən Miqran Poqosyanın necə general olduğuna da təbəssümlə baxıram”-o bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti