"Zəng edib soruşdu ki, prezident hansı oteldə qalır" - Ərdoğanın baş yavəri

"Zəng edib soruşdu ki, prezident hansı oteldə qalır" - Ərdoğanın baş yavəri

 

"Prezidentin baş yavəri Əli Yazıcı mənə zəng edərək Ərdoğanın qaldığı otelin yerini soruşdu. Mən də helikopter pilotundan öyrənib, ona dedim”.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hərbi Hava Qüvvələri üzrə yavəri Erkan Kıvrak Fetullahçıların iyulun 15-də dövlət çevirilişinə cəhdlə bağlı Ankara prokurorluğunun apardığı istintaqda verdiyi ifadəsində söyləyib.

Erkan Kıvrak vaxtı Əli Yazıcının işi ilə bağlı istintaqa verdiyi ifadəsində deyib bunları deyib: "Prezidentin mühafizəçiləri ilə birlikdə 2016-cı ilin iyulun 14-də təyyarə ilə Antalyaya getdim. Prezident iyulun 16-da Antalyada EXPO və stadiondakı tədbirdə iştirak edəcəkdi.

 

İyulun 14-də saat 15 radələrində Əli Yazıcı mənə zəng edib soruşdu ki, prezident hansı oteldə qalır. Mənə dedi ki, iki "Grand Yazıcı" oteli var, onların hansında qaldığını öyrənə bilərsənmi? Mən də prezidentin helikopter pilotu, təhlükəsizlik işləri üzrə rəisi Çətin Orhanın cib telefonuna zəng edib soruşdum. O dedi ki, şəhər mərkəzinə yaxın "Grand Yazıcı"da qalacağıq. Sonra Əli Yazıcıya zəng edib otelin yerini söylədim. Bu məlumatı iyulun 14-də saat 15.00 - 18.00 arasında baş köməkçiyə vermişəm".

 

Erkan Kıvrak əlavə edib ki, eks baş yavər Əli Yazıcıdan belə məlumatı nə üçün istədiyini soruşmayıb: "Çünki onun Antalyaya gəldiyini bilirdim. Düşündüm ki, ola bilsin Marmarisə getmək istəyir. Cümə günü saat 20 radələrində Yazıcıya zəng edib soruşdum ki,Antalyaya yaxınlaşdınızmı, birlikdə yemək yeyəkmi? O isə cavabında bildirdi ki, mən bir az gec gələcəyəm, şənbə günü saat 10.00-da görüşərik.

 

Bundan sonra bir kafeyə getdim. Orada olarkən Prezident Aparatının baş katibliyindən Ali Kösecib telefonuma zəng edərək, İstanbulda jandarmanınkörpünü bağlamasını, Ankarada təyyarələrin aşağıdan uçduğunu söylədim.

 

Daha sonra hadisələri izləməyə başladım. Prezidentin açıqlamasında sonra dövlət çevirilişinə cəhd edildiyini başa düşdüm.Mən Fətullahçı deyiləm".

 

Xatırladaq ki, Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişinə cəhddən sonra Ərdoğan prezidentin baş yavəri vəzifəsini ləğv edib.



Oxşar Xəbərlər

Xəbər lenti