8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Birincisi, Bakıda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi, separatizmin pisləndiyi vurğulandı. Ukrayna prezidentinin Bakıda dediyi "söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir” cümləsi çox nəsnədən xəbər verir. Bu cümlə Dağlıq Qarabağ münaqişəsində Ukraynanın birmənalı olaraq Azərbaycanın yanında yer aldığını bir daha təsdiq edir. Bu Zelenskinin Ermənistana da gərəkli mesajı idi.
İkincisi, Vladimir Zelenski Azərbaycanın Ukraynaya investisiyalarını artırmasını istəyir. Kiyev Azərbaycan şirkətlərini Ukraynaya dəvət edir. Zelenski ayrıca təklif etdi ki, Bakıdan bir heyət Kiyevə gedərək investisiya imkanlarını və şərtlərini öyrənsin. Ukrayna investisiyaya ac ölkədir və dost Azərbaycana qapılarını açmağa hazırdır. Zelenski geniş özəlləşdirmə proqramını həyata keçirməyə çalışır. Bu bazarda biz də yer tuta bilərik.
Üçüncüsü, Kiyev "Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərur. Vladimir Zelenskinin sözlərindən aydın oldu ki, Ukrayna da bu layihəyə maraq gəstərir. Bu rolun nədən ibarət olacağını iki ölkənin mütəxəssisləri müəyyənləşdirməlidirlər. Ukrayna Avropa ölkələri üzərindən Azərbaycan qazınımı almaq istəyir, yoxsa başqa variantların müzakirəsi mümkündür?
Dördüncüsü, Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı fəaliyyətini genişləndirməsində maraqlıdır. Dövlət Neft Şirkətinin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyəti göstərir. Azərbaycan Dövlət Neft Şirkəti öz sahəsində Ukraynada lider mövqelərdədir. Zelenski Dövlət Neft Şirkətinə Ukraynadakı mövqelərini daha da gücləndirməyi təklif edir.
Beşincisi, son illər Ukrayna ilə Azərbaycan arasında yük daşımaları artıb. Nəqliyyat yolları ilə Mərkəzi Asiyanın, İranın və Çinin yükləri Azərbaycan üzərindən Ukraynaya daşınır, eyni zamanda Ukrayna öz mallarını Azərbaycan üzərindən adı çəkilən ölkələrə daşıyır. Bu həcmi artırmaq mümkündür. Bütün bu məsələləri müzakirə etmək məqsədilə ikitərəfli Hökumətlərarası Komissiyanın iclası gələn ilin yanvar ayında Kiyevdə keçiriləcək. Təsadüfi deyil ki, Ukrayna prezidenti Bakıda baş nazir Əli Əsədovla da geniş müzakirəyə ehtiyac duydu.
Beləliklə, Vladimir Zelenskinin Azərbaycana səfərini uğurlu adlandırmaq olar. Ən önəmlisi odur ki, Vladimir Zelenski keçmiş SSRİ respublikalarından, o cümlədən Gürcüstan və Ermənistandan əvvəl Azərbaycana səfər etdi. Bu o deməkdir ki, Ukrayna prezideti keçmiş SSRİ respublikaları ilə əməkdaşlıqda Azərbaycana üstünlük verdi. Bu üstünlük iki ölkə arasındakı əməkdaşlığı daha üst səviyyəyə qaldırmağa imkan verir.