10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Prezident səfirləri niyə geri çağırdı
: Diplomatik korpus “rusqafalı”lardanmı təmizlənir?
Şəmsəddin oğlu Rzayev
və Estoniyadakı səfirimiz Murad Nizami oğlu Nəcəfbəyli geri çağırıb.
Ölkə başçısının bu gün imzaladığı Sərəncamlarda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
***
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın
”.
Ovqat.com
-un məlumatına görə, həm Rasim Rzayev, həm də Murad Nizami oğlu Nəcəfbəyli
Ramiz Mehdiyevin adamıları
dır və müxtəlif media orqanlarında hər ikisinin adı Moskvanın
agent-diplomatları
arasında çəkilirdi.
“Azərbaycanın hazırda İordaniyadakı səfiri Sabir Ağabəyov, Əlcazairdəki səfiri Mahir Əliyev, İslam Əməkdaşlıq Təşkilatının BMT-dəki Daimi müşahidəçisi Aqşin Mehdiyev, Azərbaycanın Türkmənistandakı keçmiş səfiri Vəhdət Sultanzadə, BMT-dəki səfiri Yaşar Əliyev, Səudiyyə Ərəbistanındakı səfiri
Rasim Rzayev
, İsveçrə, Pakistan, Moldova və Belarusda səfiri olmuş İsfəndiyar Vahabzadə, Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və başqa bir çox indiki və keçmiş səfirlər sovet dövründə DTK nəzarətində olan SSRİ-nin xarici qurumlarının əməkdaşları olublar. Belə şəxslərin isə demək olar avtomatik agentə çevirilmə potensialını keçmiş DTK zabitləri Tretyakov və Şvets qeyd etmişlər”,- Xeberman.com belə yazıb.
Göründüyü kimi, Rusiyanın adamları kimi sıralanan diplomatlar arasında Ramiz Rzayevin də ad göz oxşayır.
Nəzərə alsaq ki, Ramiz Rzayev 2018-ci ilin fevral ayının 20-də İordaniyadakı fövqəladə və səlahiyyətli səfirimiz vəzifəsinə təyin olunub, onun heç 3 il belə öz postunu qoruya bilməməsi həqiqətən də bəzi suallara yol açır. Zira
diplomatik missiyanın müddəti 3 il yox, 5 ildir
. Adətən səfirlər ya işlərini yarıtmayanda, ya da təmsil olunduqları ölkələrlə elçisi olduqları dövlətlər arasında xoşagəlməz problem yaşandığı zaman vaxtından əvvəl geri çağırılırlar. Allaha şükürlər olsun ki, İordaniya ilə Azərbaycan arasında hər hansı bir problem yaşanmayıb. Belə çıxır ki, Rzayevin geri çağırılması sırf subyektiv səbəblərdən qaynaqlanır. Əldə etdiyimiz məlumatlara inansaq, Rzayevin əsas problemi
Ramiz Mehdiyev-Əli Həsənov çetesinə mənsub olması və Azərbaycandan çox Rusiyaya bağlılığı ilə əlaqədardır
.
Bu gün geri çağırılan
Estoniyadakı səfirimiz Murad Nəcəfbəyli
nin tərcümeyi-halı isə daha qabarıqdır. İqtisadçı ekspert Elçin Qurbanov ötən ilin 21 sentyabr tarixli buraxılışımızda yazırdı:
“Yaxın günlərdə nazirlikdə (XİN-Ovqat.com) başlayacağı gözlənən kadr islahatlarında əsasən
Ramiz Mehdiyev-Əli Həsənov çetesinin uzantıları
işdən uzaqlaşdırılacaq. Hansı ki, bəzi mütəxəssislər tərəfindən
Azərbaycanın “FETÖ”-sü
adalandırılan bu çete uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunarkən əllərindəki fürsətdən faydalanıb,
bir çox strukturlara öz adamlarını yerləşdirib, sarsılmaz şəbəkə meydana gətiriblər. İddialara görə, XİN-də də bu şəbəkənin güclü dayaqları var
. Hakimiyyət kulislərində gəzən söz-söhbətlər əsasında həmin çetenin bəzi üzvlərinin kimliyini ortaya çıxara bilmişəm.
Bunlardan diqqətimizi ən çəkəni isə
Nəcəfov qardaşlarıd
ır. Bəli, bəli, söhbət hansısa siğə oxuyub qardaşlıq əhdi bağlamış dostlardan yox, dos-doğma qardaşlardan gedir.
Azərbaycanda bəzi ailələr prokuror, icra başçısı, iş adamı, nazir və s. istehsal etdiyi kimi, diplomat zavodu olan ailələr də varmış.
Nəcəfovlar onlardan sadəcə biridir. Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin himayədarlığı ilə Azərbaycandan çox, başqa xarici dövlətə işləyən diplomatik çetenin üzvü olan
Nəcəfovlardan biri Rumıniya, digəri Estoniya səfirliyinə rəhbərlik edir. Onların bir başqa qardaşı isə XİN-nin Asiya ölkələri idarəsinin sədr müavinidir.
Nəcəfovların sonbeşiyi
Murad Nəcəfbəyli
Azərbaycan Respublikasının Estoniyadakı Fövqəladə və Səlahiyyətli Səfiridir. Bundan əvvəl o, Azərbaycanın İsveçrə Konfederasiyasında eyni vəzifəni icra edib. Haqqında
üzqızardıcı ittihamlar
irəli sürülsə də, biz şəxsi məsələlərə çox qarışmaq istəmədiyimizdən bu barədə susmağa üstünlük veririk.
Murad Nəcəfbəylinin şəxsi dosyesində bir məqam diqqəti xüsusilə cəlb edir. O,
1994-cü ildən
etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmaqdadır. Diplomat kimi yetişdirilməsi isə harda baş tutsa, yaxşıdır? -
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında
. XİN-də işə düzələn kimi, yəni 1994-cü ildə diplomat kimi yetişdirilmək üçün Moskvaya göndərilən Murad Nəcəfbəyli 2 il həmin akademiyada təhsil alıb. Sözsüz ki,
bu 2 ildə ona təkcə diplomatiyanın sirləri öyrədilməyib.
Həm də Azərbaycandakı “5-ci kolon”-un nümayəndəsi kimi yetişdirilən Murad Nəcəfbəylinin daha sonra
Ramiz Mehdiyev-Əli Həsənov çetesinin sıralarına cəlb olunduğu
qeyd edilir.
Murad Nəcəfbəylinin böyük qardaşı
Hüseyn Nəcəfov
isə bu yolu qardaşından xeyli əvvəl keçib. Nəcəfovlar
qardaşlarının “5-ci kolon”-a cəlb olunması da elə Hüseyn Nəcəfovla başlayıb.
İddialara görə, 1985-1992-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseyn Nəcəfov məzun olduqdan sonra
Rusiya Federasiyası XİN-in Diplomatik Akademiyasında
təhsilə başlayıb. Rusiyanın XİN-ə bağlı olan akademiyanı 2 ildən sonra fərqlənmə diplomu ilə bitirən Hüseyn Nəcəfov dərhal Azərbaycana göndərilib və 1995-ci ildə XİN-də işə başlayıb. 3 il nazirliyin müxtəlif şöbələrində işlədikdən sonra 1998-ci ildə olduqca mühüm posta -
Azərbaycan Respublikasının NATO yanındakı Daimi Nümayəndəliyinə və Belçika Krallığındakı Səfirliyin
ə göndərilib. Əvvəl bu diplomatik nümayəndəliklərdə üçüncü katib kimi işə başlayan Hüseyn Nəcəfov qısa ərzində
ikinci və birinci katib
vəzifəsinə yüksəlib.
Hüseyn Nəcəfovun əsl yüksəlişi isə
Elmar Məmmədyarovun
nazir təyin olunması dövrünə düşür. 2004-cü ilin aprel ayında həmin vəzifəyə gətirilən sabiq nazirin təqdimatıyla o,
Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyində yüksək vəzifəyə təyin olunur
. 2008-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin
“qara qutusu”
sayılan
Ümumi Katibliyin rəisi
vəzifəsini icra edən şəbəkə üzvü 2010-cu ildə ən yüksək
diplomatik ünvanla
təltif olunur. Prezident İlham Əliyev tərəfindən
birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsinə
layiq görülür. Elə həmin il Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində Baş Konsulu təyin olunan Hüseyn Nəcəfov 2016-cı ildə Azərbaycan Respublikasının
Xarici İşlər Linqvistik Təminat İdarəsinin rəisi
vəzifəsinə gətirilir. 2018-ci ildən isə Estoniyada səfirlik edir.
Nəcəfovların digər qardaşı
Eldar Nizami oğlu Nəcəfov
hazırda
XİN-nin Avrasiya İdarəsinin rəis müavinidir
. İddilara görə, Nazirliyin Avrasiya idarəsi viza maxinasiyalarında ən çox adı hallanan qurumdur. Çünki digər qitələrdən fərqli olaraq,
bir sıra Avrasiya ölkələri ilə Azərbaycan arasında e-viza sistemi yoxdur və xarici vətəndaşlara viza verilməsində böyük rüşvət çərxləri fırlanır
. DTX-nin son zamanlarda XİN-də apardığı əməliyyatlarda həbs edilənlərin böyük əksəriyyətinin Avrasiya ölkələri ilə viza maxinasiyası ilə uğraşan şəbəkə üzvləri olduğu xəbər verilir.
Əldə etdiyimiz məlumatda eynilə belə deyilir: “
Nəcəfov qardaşlarının heç birinin bilik və bacarıqları tutduqları vəzifəyə uyğun deyil, hansı mənsəbə qulluq etdikləri, nə ilə məşğul olduqları, hansı nəticələr əldə etdikləri ciddi araşdırılmalıdır”.
Göründüyü kimi, dəyərli ekspertin proqnozlarından biri göyərdi. Amma natamam şəkildə. Nəcəfov qardaşlarının 2-si hələ də Azərbaycan diplomatiyasının öndə gedənləridir. Elçin Qurbanova inansaq, yaxın zamanlarda Prezidentin növbəti Sərəncamları bu qardaşların da diplomatik karyeralarına son qoya bilər.
Oxşar Xəbərlər
Prezident UNESCO yanında daimi nümayəndə təyin etdi
Prezident Fuad Ələsgərovla bağlı sərənzam imzaladı
Təcili: Mədət Quliyev milli təhlükəsizlik nazirinin I müavini təyin olundu
Təcili: İlham Əliyev MTN-in strukturunu dəyişdi
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…