Ərdoğandan Baydenin “erməni soyqrımı” ifadəsinə REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prrezidenti Co Baydenin “erməni soyqrımı” ifadəsini işlətməsinə münasibət bildirib.
Sozcu.info xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra bu barədə danışan R. T. Ərdoğan Baydeni əsassız ifadələrdən istifadə etməkdə günahlandırıb:
“Bayden bir əsr əvvəl yaşamış hadisələrlə bağlı əsassız, haqsız və həqiqətə uyğun olmayan ifadələrdən istifadə edib. Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incidib. Radikal erməni dairələrinin və Türkiyə əleyhinə olan çevrələrin təzyiqi ilə belə bir açıqlama verdiyini düşünürük”.


Oxşar Xəbərlər

Xəbər lenti